Icma.az
close
up
RU
Əmlak bazarında bahalaşma: Bu ərazilərdə qiymət 2 3 dəfə artdı

Əmlak bazarında bahalaşma: Bu ərazilərdə qiymət 2 3 dəfə artdı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Son illərdə daşınmaz əmlak bazarında müşahidə edilən kəskin qiymət artımı artıq əvvəlki kimi davam etmir. 2023-cü ilin dekabrından etibarən bazarda yaranmış ajiotaj dayanıb və qiymətlər müəyyən qədər sabitləşib. Lakin bu sabitlik bütün sektorlara aid edilə bilməz. Ən çox tələb olunan mənzillər, fərdi yaşayış evləri və xüsusilə Bakı şəhərində yerləşən əmlak növlərində qiymətlər hələ də yüksək olaraq qalır".
Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, Bakıda tələbin daha böyük olması qiymət dəyişkənliyinə birbaşa təsir göstərir:
"Şəhərin müxtəlif ərazilərində həm yeni tikililərdə, həm də köhnə yaşayış fonduna aid evlərdə artım müşahidə olunur. Xüsusilə Səbail rayonu kimi prestijli zonalarda qiymətlər normadan xeyli çox yüksəlib. 
Son 2 il ərzində bəzi ərazilərdə mənzillərin qiyməti 2-3 dəfə qalxıb. Bu artım əsasən həmin zonalarda yaradılan infrastruktur layihələri ilə əlaqələndirilir. Hazırda Bakıda bəzi premium layihələrdə kvadratmetrin qiyməti 10–15 min dollara qədər yüksəlib, Səbaildə isə təmirli premium mənzillərdə bu rəqəm 14 min dollara çatıb".
Ekspertin sözlərinə görə, əmlak bazarında belə qeyri-adi qiymətlərin olması normal hal sayılmır, çünki bu seqmentdə real alıcı sayı çox azdır:
"Bununla belə, torpaq sahələrinin azalması, yüksək tələbat və sərtləşdirilmiş normativlər qiymət artımının əsas səbəblərindən biridir. Xüsusilə tələbatın yüksək olduğu ərazilərdə torpaq qıtlığı bazarda əlavə qiymət təzyiqi yaradır".
Ekspert bildirib ki, son dəyişikliklərlə torpaqlara kommunikasiya xətlərinin yalnız təyinatına uyğun olduqda ayrılması prosesi sərtləşdirilib:
"Təsərrüfat təyinatlı torpaqlara kommunikasiya ayrılmadığı üçün həmin ərazilərdə məhdud sayda əmlak mövcuddur və bu da qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Ümumilikdə, ipoteka və dövlət subsidiyalarının genişləndirilməsi bazara əlavə pul axını yaratsa da, iş adamları üçün sərmayə mühitini çətinləşdirir və biznes sektorunda müəyyən problemlər yaradır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri