Icma.az
close
up
RU
Bakıda daşınmaz əmlak bazarında BAHALAŞMA davam edir

Bakıda daşınmaz əmlak bazarında BAHALAŞMA davam edir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu ilin avqust ayında Bakının bütün rayonlarında daşınmaz əmlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub".

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, bahalaşma həm mənzilləri və fərdi yaşayış evlərini, həm torpaq sahələrini, həm də qeyri-yaşayış obyektlərini əhatə edib. Artım templəri seqmentlər üzrə fərqlənsə də, ümumi tendensiya sabit bahalaşmanı göstərir.

Köhnə tikili mənzillər: Səbail rayonu bahalaşmada liderdir

V.Oruc deyir ki, son bir ildə paytaxtın mərkəzi rayonlarındakı köhnə tikililərdə qiymət artımı yeni tikililərdəki qiymət artımını geridə qoyub. Onun sözlərinə görə, Səbail rayonunda 25.2%, Yasamal rayonunda 24.5%, Nəsimi rayonunda isə 19.6% bahalaşma qeydə alınıb. Bu, insanların mənzillərin yeni və yaxud köhnə olmasına baxmayaraq mərkəzdə yaşamağa meyilinin güclənməsindən xəbər verir. Digər rayonlarda isə qiymət artımı nisbətən az olub. Nərimanov rayonunda 17.2%, Xətai rayonunda 13%, Sabunçu rayonunda 12.4%, Nizami rayonunda 10%, Xəzər rayonunda 9%, Binəqədi rayonunda 8.5%, Suraxanı rayonunda 7%, Qaradağ rayonunda 6.5%, Pirallahı rayonunda isə cəmi 1.4% bahalaşma qeydə alınıb.

Yeni tikili mənzillər: Xətai rayonu bahalaşmada öndə gedir

İl ərzində Bakıda yeni tikili mənzillərin qiymətlərində ən yüksək artım Xətai rayonunda qeydə alınıb - 24%. Bahalaşma Yasamal rayonunda 23%, Səbail rayonunda 22%, Nərimanov rayonunda 20.2%, Nəsimi rayonunda 19.5%, Nizami rayonunda 17.1%, Sabunçu rayonunda 12.5%, Binəqədi rayonunda 12%, Suraxanı rayonunda 10%, Xəzər rayonunda 8.5%, Pirallahı rayonunda 7.4%, Qaradağ rayonunda isə 6% olub.

Fərdi yaşayış evləri: Ən kəskin bahalaşma Səbail rayonunda olub

Hesabat dövründə paytaxtda fərdi evlərin qiymətlərində ən çox artım Səbail rayonunda baş verib - 26.5%. Bahalaşma Yasamal rayonunda 23%, Nizami rayonunda 18%, Nərimanov rayonunda 17.8%, Xəzər rayonunda 16.5%, Nəsimi rayonunda 15.2%, Sabunçu rayonunda 14.8%, Binəqədi rayonunda 13%, Suraxanı rayonunda 12.4%, Pirallahı rayonunda 10%, Xətai rayonunda 9.9%, Qaradağ rayonunda isə 9% olub.

Torpaq sahələri: Mərkəzdə bahalaşma sürətlənib

Avqustda Bakının mərkəzində torpaq sahələrinin bahalaşması sürətlənib. Ən yüksək qiymət artımı Səbail (27.8%), Yasamal (24.7%) və Nəsimi (22%) rayonlarında müşahidə olunub. Bu, şəhərin mərkəzi ərazilərində torpaq təklifinin məhdudluğu və investisiya maraqlarının yüksəkliyi ilə bağlıdır. Bahalaşma Nizami rayonunda 20%, Nərimanov rayonunda 17.5%, Xəzər rayonunda 18%, Xətai rayonunda 14.5%. Binəqədi rayonunda 13.2%, Sabunçu rayonunda 10.1%, Suraxanı rayonunda 9.6%, Pirallahı rayonunda 7%, Qaradağ rayonunda isə 6.5% olub.

Qeyri-yaşayış obyektləri: Ticarət və biznes sahələrinə maraq artır

Ay ərzində qeyri-yaşayış sahələri də paytaxtın mərkəzi rayonlarında daha çox bahalaşıb. Belə ki, Nərimanov rayonunda 22%, Nəsimi rayonunda 21%, Səbail rayonunda 19.5%, Yasamal rayonunda isə 19% qiymət artımı baş verib. Bu, biznes mərkəzlərinə yaxınlıq, xidmət sektorunun inkişafı və kommersiya obyektlərinə artan tələblə əlaqələndirilir. Mərkəzdən kənar rayonlarda bahalaşma templəri bir qədər zəif olub. Sabunçu rayonunda 12.4 %, Xətai rayonunda 12.1%, Nizami rayonunda 11.9%, Xəzər rayonunda 10.5%, Binəqədi rayonunda 10.3%, Suraxanı rayonunda 8.5%, Qaradağ rayonunda 7%, Pirallahı rayonunda isə 5.4% qiymət artımı olub.

Təklif azalır, tələbat artır

V.Orucun sözlərinə görə, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir".

AQC sədri hesab edir ki, bu dinamika yaxın illərdə də davam edə bilər: " Ən çox investisiya mərkəz rayonlara yönəldiyi üçün gələcəkdə də mərkəz və kənar ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi mümkündür".

Beləliklə, Bakı daşınmaz əmlak bazarında son bir ildə bütün seqmentlər üzrə iki rəqəmli artım qeydə alınıb. Orta hesabla yeni tikili mənzillər 15.6%, köhnə tikili mənzillər 11.4%, fərdi yaşayış evləri 14%, torpaq sahələri 17%, qeyri-yaşayış obyektləri isə 13.5% bahalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri