Icma.az
close
up
RU
Əmlakların qiymətləndirilməsi prosesində hansı sənədlərin olması zəruridir? AYDINLIQ GƏTİRİLDİ

Əmlakların qiymətləndirilməsi prosesində hansı sənədlərin olması zəruridir? AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qiymətləndirmə prosesində ilk və ən vacib mərhələ daşınmaz əmlakla bağlı lazımi sənədlərin toplanmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, qiymətləndirmə aparılacaq əmlakın növünə və təyinatına görə sənədlər dəyişə bilər. Lakin ümumilikdə aşağıdakı sənədlər tələb olunur: "Hüquqi sənədlər: Mülkiyyət hüququnu təsdiqləyən çıxarış (kupça), torpaq sahəsinə dair dövlət aktı və ya icarə müqaviləsi, tikintiyə icazə və istismara qəbul aktı.

Texniki sənədlər: Texniki pasport, bina planı, kadastr və torpaq ölçü planı.

Əlavə sənədlər: Əgər dəyərə təsir edə biləcək hallar varsa – icarə müqavilələri, texniki vəziyyət aktları, layihə-smeta sənədləri və əmlak üzərində yüklülük barədə arayışlar da təqdim edilməlidir".

Sədr bildirib ki, Azərbaycanda qiymətləndirmə rəyinin qanuni qüvvədə olma müddəti dəqiq qanunvericiliklə tənzimlənməsə də, bu sahədə qəbul olunmuş beynəlxalq və yerli praktikaya əsasən qiymətləndirmə hesabatı hazırlandığı tarixdən sonra adətən 3-6 ay müddətində hüquqi cəhətdən qəbul edilir; "Xüsusilə banklar və notariuslar qiymətləndirmə tarixindən 6 aydan artıq keçməsini etibarsızlıq əlaməti kimi qəbul edə bilərlər. Bu müddət keçdikdə yeni qiymətləndirmə aparılması və ya mövcud hesabatın aktuallaşdırılması tələb olunur.

Qiymətləndirmədə hansı metodlar tətbiq olunur?

Əmlakın bazar dəyəri beynəlxalq qiymətləndirmə standartlarına əsasən üç əsas yanaşma ilə müəyyən edilir:

Bazar (müqayisəli) yanaşması: Ən çox istifadə edilən yanaşmalardan biridir. Eyni və ya oxşar xüsusiyyətlərə malik əmlakların bazarda hansı qiymətə satılması müqayisə edilir. Metdoları:

Satış müqayisə metodu Multiplikatorların təhlili

Gəlir yanaşması: Əmlak gəlir gətirirsə, bu yanaşma ilə gələcəkdə gözlənilən gəlirlər nəzərə alınır. Metodları:

Kapitallaşdırma metodu Diskontlaşdırılmış pul axını metodu

Xərc yanaşması: Əmlakın eynisinin və ya bənzərinin bu günkü şəraitdə yenidən yaradılması xərcləri təhlil olunur.Metodları:

Əvəzetmə metodu Bərpa dəyəri metodu".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri