Icma.az
close
up
RU
Emrah Çelikel: “Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik”

Emrah Çelikel: “Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qarabağ” Futbol Klubunun direkroru Emrah Çelikel Türkiyənin “beIN SPORTS” kanalının saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o, müsahibədə klubla bağlı gündəmdə olan sualları cavablandırıb.

– Ötən mövsüm UEFA Avropa Liqasında fırtına kimi əsən “Qarabağ” bu mövsüm istədiyi kimi çıxış etmir. Bu problemin səbəbini nədə görürsünüz?

– Avropa Liqasındakı gedişatı biz də analiz edir və durumu anlamağa çalışırııq. Bunu liqanın yeni formatı ilə əlaqələndiririk. Ötən illər daha çox özümüzə uyğun rəqiblərlə qarşılaşardıq. İndi ilk 24-lüyə düşmək üçün 2 matçımız qalıb. Əlimizdən gələni edəcəyik.

– Azərbaycan Premyer Liqasında son 10 ildə çempionluğu əldən vermirsiniz (“Neftçi”nin 2021-ci ildəki çempionluğu xaric). Bu durumdakı rəqabətsizlik Avropa arenasındakı çıxışınıza mane olurmu?

– Açığı, Avropa arenasında yarışan komandalar yerli liqalarda böyük rəqabət içindədirlər. Azərbaycan liqasında çox güclü rəqabət olmadığına görə komandamız hardasa indiki gücünün üstünə əlavə güc gətirə bilmir. Biz də rəqabəti çox istəyirik. Nəticə dəyişmir. Son 10 ildə yalnız 1 dəfə 2-ci olmuşuq. Bunlar bizi uğura əsla doydurmur.

– Başda Türkiyənin komandaları olmaqla bir neçə Avropa klubunun baş məşqçiniz Qurban Qurbanovu heyətində görmək istədiyi bildirilirdi. Bu iddialar həqiqəti əks etdirirmi?

– Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. Hocamız da Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib.

– “Sevilya”nın futbolçunuz Juninyonu 2 milyon avroya transfer etmək istəməsi haqda xəbərlərlə bağlı nə deyə bilərsiniz?

– Rəqəmlərlə bağlı fikir bildirməyəcəm. Amma “Sevilya”dan rəsmi təklif var. Təklif bu həftə göndərilib. Danışığımız olub. Amma ilk mərhələdə razılaşmadıq. Danışıqların davam edəcəyini düşünürük.

– Bəs, braziliyalı hücumçu üçün Türkiyə superliqasından təklif olubmu?

– Juninyo burada xoşbəxtdir. Daim inkişaf edir. “Sevilya”nın niyyəti ciddidirsə, bizim də öz vəziyyətimizə nəzər salmaq lazımdır. Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik. Azərbaycan Liqasından kiminsə orada oynamasını istərdik. Amma “Qarabağ”ın da durumunu unutmamalıyıq. Juninyonun adı Türkiyə klubları ilə hallanmışdı. Bəlkə də futbolçunun özü və meneceri ilə danışıq olub. Amma ilk rəsmi təklif “Sevilya”dan gəldi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Dekabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri