Icma.az
close
up
RU
“Bu uğur hamımızı sevindirir” Emrah Çelikel

“Bu uğur hamımızı sevindirir” Emrah Çelikel

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çox gərgin, maraqlı oyun izlədik. Ümumi nəticədə qələbə qazanmağımız və ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak etməyimiz hamımızı sevindirir”.

525.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş direktoru Emrah Çelikel Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.

Pley-off mərhələsində “Ferensvaroş”a qarşı keçirilən cavab matçından sonra jurnalistlərin suallarını cavablandıran E.Çelikel klub prezidenti Tahir Gözəlin 90 dəqiqə boyu komanda ilə maraqlandığını bildirib: “Elə bilin ki, Tahir bəy buradadır. Hər dəqiqə onunla telefon əlaqəsi saxlayırdıq. Çox vacib işgüzar səfərlə bağlı ölkə xaricindədir. Amma hər an komanda ilə maraqlanırdı”.

“Hər kəsin Avropada sevdiyi bir klub var. Sizin belə bir klubunuz varmı və həmin komandanı ÇL-in Liqa mərhələsində rəqib kimi görmək istərdiniz?” sualını Ağdam klubunun rəsmisi belə cavablandırıb: “Sevdiyim klub “Qarabağ”dır və o da Liqa mərhələsindədir”.

“Qarabağ”ın əsas heyəti ilə ilə yanaşı, U-19 komandası ÇL-in əsas mərhələsində mübarizə aparacaq. E.Çelikel artıq həmin komanda ilə bağlı planların hazır olduğunu söyləyib: “Bu oyunun nəticəsini gözləyirdik. Artıq sabahdan işlərimizi sürətləndirəcəyik”,

O, “Qarabağ”ın Liqa mərhələsindəki oyunlarını “Tofiq Bəhramov”da, yoxsa Bakı Olimpiya Stadionunda keçirəcəyinə belə aydınlıq gətirib: “Hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin çox güman ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağıq”.

“Qarabağ”ın baş direktoru sonda yeni transferlə bağlı işlərin nə yerdə olduğunu açıqlayıb: “Transfer çalışmalarımız hər zaman davam edir. Bu gün də həmçinin”.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2025 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see320

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see308

Livitt istefa verdi

13 Avqust 2026 00:16see249

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see233

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see189

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see188

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see183

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see176

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see173

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see171

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see169

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see168

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see167

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see165

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see165

Beyin travmalarının müalicəsi üçün meduzalardan preparat hazırlandı

12 Avqust 2026 21:21see164

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see162

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see161

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see161

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri