Emrah Çelikel mükafata layiq görülüb
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sportsman" jurnalının “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.
QOL.az xəbər verir ki, ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
“Qarabağ”ın baş direktoru Emrah Çelikel də mükafatlandırılıb. Ona Azərbaycan futbolunun inkişafındakı xidmətlərə görə “Zəfər” mükafatı təqdim edilib.
2004-cü ildən "Qarabağ"da çalışan Çelikel bu müddətdə 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qazanılmasında pay sahibi olub. Bu illər ərzində Ağdam təmsilçisi ardıcıl 12 dəfə avrokubokların, o cümlədən iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, bir dəfə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















