Emre Belözoğlu “Fənərbağça“nın yeni baş məşqçisi oldu
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Fənərbağça"nın seçimi yerli mütəxəssis olub.
Moderator.az xəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabında paylaşdığı məlumata görə, İstanbul təmsilçisinin yeni baş məşqçisi Emre Belözoğlu olacaq.
"Son anda Konseysau variantı baş tutmadığı üçün Emre Belözoğlu "Fənərbağça"mızın sükanı arxasına keçdi! Ona ürəkdən uğurlar arzulayıram", - Dilmen yazıb.
Məlumata görə, "Kasımpaşa" rəhbərliyi Emre Belözoğlunun komandadan ayrılmasına razılıq verib.
"Fənərbağça" rəhbərliyinin bu axşam Belözoğlu ilə görüşəcəyi, sabah isə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Emre Belözoğlunun klubla müqavilə imzalayacağı təqdirdə "Liverpul"la oyunda komandanı meydana çıxarmaq istədiyi bildirilir.
Baxış sayı:73
Bu xəbər 03 Noyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















