Icma.az
close
up
RU
Əmrullayevin və dostlarının büdcəni necə taladığı üzə çıxacaq Ekspert detalları AÇIQLADI

Əmrullayevin və dostlarının büdcəni necə taladığı üzə çıxacaq Ekspert detalları AÇIQLADI

Icma.az bildirir, Tribuna portalına istinadən.

Hesablama Palatasının Elm və Təhsil Nazirliyində apardığı yoxlama Emin Əmrullayevin və onun şərabçılıq zavodundan, ayrı-ayrı şirkətlərdən gətirdiyi kommersant dostlarının təhsil büdcəsini necə talamasını üzə çıxaracaq.

Bu sözləri Tribuna-ya açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov Hesablama Palatasının Elm və Təhsil Nazirliyində apardığı yoxlama ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsair büdcə sıralamasında 3-cü yerdədir və Azərbaycanda təkcə təhsilə ayrılan vəsaitin məbləği Ermənistanın dövlət büdcəsindən bir qədər azdır:

“Son 5 ildə Elm və Təhsil Nazirliyinin fəaliyyəti əsasən mənasız layihələr, mənasız təlimlərdən ibarətdir. Hansı ki, bu layihə və təlimlərin qiymətləndirilməsi də aparılmır. Burada yüz milyonlarla vəsaitdən söhbət gedir. Elm və təhsil naziri də ancaq imtahanlar keçirməklə məşğuldur. Təsəvvür edin, MİQ və ya sertifikasiyada iştirakı üçün bir müəllimə 120 manatdan çox pul xərclənir. Halbuki bu çox absurd bir rəqəmdir.
Xüsusilə onu qeyd etməliyəm ki, maddi texniki baza, avadanlıqların alınması ilə bağlı nazirlikdə böyük pulsilmələri var. Düşünürəm ki, Hesablama Palatasının Elm və Təhsil Nazirliyində apardığı yoxlama Emin Əmrullayevin və onun şərabçılıq zavodundan, ayrı-ayrı şirkətlərdən gətirdiyi kommersant dostlarının təhsil büdcəsini necə talamasını üzə çıxaracaq.

Təhsil mütəxəssisləri, şəxsən mən illərdir bu məsələni qaldırırıq. Emin Əmrullayevin özünün, ortağı və şəriki Elnur Əliyevlə birlikdə ölkənin təhsil büdcəsini necə dağıtması ilə bağlı yüzlərlə faktlar var.
Hesablama Palatasında kifayət qədər peşəkar şəxslər var. Onlar Elm və Təhsil Nazirliyinin, nazirin maliyyə fırıldağlarını, ölkənin təhsil büdcəsini necə talamasını qısa müddətə üzə çıxaracaqlar.

Dövlət büdcəsinin kiçik bir qrup tərəfindən şəxsi əmlakı kimi açıq şəkildə talamasını cəmiyyət də bilir, təhsil prosesinin tərəfləri də bilir. Hesab edirəm ki, artıq hüquqi bir müstəvi, baxış yaranmalıdır.
Fikrimcə, hər şey Hesablama Palatasının yoxlamasında üzə çıxacaq və Emin Əmrullayevin və yaxın dostlarının təhsil büdcəsini necə talaması tezliklə Hesablama Palatasının hesabatında öz əksini tapacaq”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri