Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır Həkim pediatr
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni tədris ilinə hazırlıqlar başlayıb artıq. Valideynlər məktəbli forması, çanta, hər cür dərs ləvazimatı axtarışınadadır. Bu mənada ki ailə büdcəsinə uyğun olsun, əlavə və böyük xərclərə düşməsinlər. Amma bundan da vacibi uşağın sağlamlığıdır. Diqqət etsək görərik ki son illərdə ibtidai təhsilə başlanmasında yaş kriteriyasında dəyişiklik gedir.
Bir çox ailələr övladlarını 6 yaşdan məktəbə göndərmir, gözləyirlər 7 yaşı tamam olsun, sonra. Bu, uşağın fiziki və psixoloji hazırlığından da asılıdır, valideynin seçimindən də. Kimisi hesab edir ki, övladı məktəb təhsilinə başlamağa hələ hazır deyil, kimisi də bir sıra həkimlərin tövsiyəsinə uyğun davranıb övladının sümük-skelet sisteminin bərkiməsini gözləyir. Hətta uşaq məktəbə hazır kimi görünsə də.
Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında uşaqların məktəbə hazırlığında vacib olna məsələlərə toxundu: 
- Qısaca deyəcəm. 6 yaşlılara düzgün oturmaq qaydalarını öyrətmək lazımdır, indidən ki, sonra onurğa sütununda deformasiyalar yaranmasın. Uşağın gözü ilə masa – parta arasındakı məsafə ortalama 30 sm olmalıdır. Bir ağrılı məsələ də hələlik öz aktuallığını saxlayır, bu da məktəbli çantalarıdır. Məktəbli çantasının ağırlığı içərisindəki ləvazimatlarla birlikdə uşağın çəkisinin 10 faizi qədər olmalıdır. Yəni təxminən 2-2,2 kq. Allı-güllü, “dəblidir” deyib, uşağın çəkisindən də ağır çantalar almaq mənasızdır. Çanta funksional olmalıdır. Yoxsa onurğada deformasiyalar yaranacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 19 Avqust 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















