Icma.az
close
up
RU
Ən az xarici borca malik ölkə

Ən az xarici borca malik ölkə

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanın iqtisadi potensialı xarici borcu tam bağlamağa imkan verir

2025-ci il oktyabrın 1-nə olan məlumata görə Azərbaycanın xarici dövlət borcu 4,9 milyard dollar təşkil edib. Bu, son 7 ildə borcun 2 dəfəyə yaxın azaldılması deməkdir. Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib ki, 2018-ci ildə xarici dövlət borcu 8,9 milyard dollar təşkil edirdi və müəyyən edilmiş strateji hədəflər çərçivəsində borcun həm nominal həcmi, həm də ÜDM-də nisbəti aşağı düşüb. Ümumilikdə, ölkəmizin xarici və daxili borclar daxil olmaqla toplam borc portfelinin həcmi 25 milyard manat ekvivalentində və ya proqnozlaşdırılan ÜDM-in 19,5 faizinə bərabərdir. Ümumi dövlət borcunun 8,4 milyard manatı (4,9 milyard dollar) və ya 33,2 faizi xarici dövlət borcunun (ÜDM-in 6,5 faizi ), 17,1 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun (ÜDM-in 13,1 faizi) payına düşür.

Cənubi Qafqaz regionunun sabit və qüdrətli dövləti

Xarici borcun faizlər üzrə strukturu də təmkinli siyasət üzrə müəyyələşib. Belə ki, dəyişkən faiz dərəcəsi üzrə öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə üzrə öhdəliklər isə 50,7 faizini təşkil edir. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi  5  ildən 10 ilə qədər olan müddətdə, qalan 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun valyuta tərkibi isə aşağıdakı kimi təsnifləşdirilə bilər:

* Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları üzrə 3,4 faiz;

* ABŞ dolları ilə 85,1 faiz;

* Avro  ilə 6,5 faiz;

* Yapon yeni ilə 3,3 faiz;

* Digər xarici valyutalar üzrə 1,7 faiz

Azərbaycan hazırda xarici borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələri sırasında yer alır. Ölkəmizdə xarici borcun ÜDM-də payı 6,5 faiz olmaqla ümumdünya göstəricilərindən qat-qat aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.

Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2025-cü ilin birinci yarısında 12,5 milyard dollar olmaqla ÜDM-in 54 faizini təşkil edir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,7 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43 fazidən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 495 dollardır. Bütün bu amillər Azərbaycanın öz iqtisadi potensialı sayəsində xarici borcu tam bağlamağa imkan verir.

Strateji valyuta ehtiyatlarımız xarici borcu 15,6 dəfə üstələyir

Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 78 milyard dollar olmaqla borcu 15,6 dəfə üstələyir.

Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.

Daxili borc 1,4 milyard manat azalıb

Cari ilin ötən 7 ayı ərzində daxili dövlət borcunun da azalması müşahidə edilib. Belə ki, 2025-ci ilin əvvəli ilə müqayisədə borc məbləği 1,4 milyard manatdan çox azalıb ki, bu da faiz nisbəti ilə 7,9 faiz deməkdir. Daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7 faiz - bəndi azalmaya səbəb olub. Bu borc portfelinin 46,7 faizi dövlət qiymətli kağızlarının, 53,3 faizi isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid olan “Aqrarkredit” QSC-nin BOKT dövlət zəmanətli borcunun payına düşür. Borcun strukturunda dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli olanlardır.

2025-ci il sentyabrın 1-nə olan tarixə dövlət şirkətlərinin  Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş borcları 10 milyard 727,1 milyon manat və ÜDM-in 8,3 faizini təşkil edib. Həmin məbləğin 87,6 faizi xarici valyutada (5526,5 milyon dollar), 12,4 faizi isə milli valyutada (1,3  milyard   manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Dövlət zəmanəti ilə təmin edilmiş borclarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb. Azərbaycan Respublikası adından verilmiş zəmanətlər əsasən  dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclardır. Borc strategiyasına əsasən, zəmanətli borclarda mühüm yer tutan istiqamətlər, o cümlədən “Azərbaycan İnvestisiya  Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON) publik hüquqi şəxslərin idarəetməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin korporativ fəaliyyətinin təmin edilməsi, onların gəlir və xərclərinə nəzarətin gücləndirilməsi və optimallaşdırma tədbirləri sayəsində addımlar atılır ki, bu da borcların geri qaytarılmasında mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri