Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

“Ən çox məhz bunun üçün darıxacam”

“Ən çox məhz bunun üçün darıxacam”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, bu yay iki mühüm futbolçu “Qalatasaray”ı tərk etdi.

"Football-plus.az" xəbər verir ki, söhbət Fernando Muslera ilə Dris Mertensdən gedir.
Hər iki ismin gələcək taleyinə dünən rəsmən aydınlıq gəlib. Muslera Argentina təmsilçisi “Estudiantes”lə ilyarımlıq müqavilə imzalayıb. Mertens isə karyerasını bitirdiyini açıqlayıb. O, sosial şəbəkədə paylaşım edərək iyulun 5-də Bratislavada Marek Hamşikin vida matçında iştirak edəcəyini və bunun karyerasındakı son oyun olacağını bildirib. Hamşik ilə Mertens “Napoli”də uzun illər birlikdə top qovub. Tanınmış slovakiyalı futbolçu yaxın keçmişdə “Trabzonspor”da da çıxış etdiyi üçün burdakı sabiq komanda yoldaşları – Uğurcan Çakır, Abdulkadir Ömür və Anastasios Bakasetas da onun vida oyununda iştirak edəcək. Qısaca qeyd edək ki, “Gent”in yetirməsi olan 38 yaşlı Mertens karyerası ərzində AQOVV, “Utrext”, PSV, “Napoli” və “Qalatasaray”da forma geyib. O xüsusilə 9 il şərəfini qoruduğu “Napoli”də böyük iz buraxıb və 148 qolla klub tarixinin ən məhsuldar oyunçusudu. Karyerası ərzində 10 titul qazanıb ki, bunun da 5-ni Türkiyədə əldə edib. Bəlkə də Mertens 2022-də Türkiyəyə gələrkən burda karyerasının bu qədər uğurlu alınacağını düşünmürdü. Amma o, 136 qarşılaşmda 25 qol, 44 məhsuldar ötürməlik yaddaqalan performans sərgilədi və ardıcıl 3 çempionluq qazandı. Bu arada belçikalı ulduz son açıqlamalarını “Qalatasaray”ın rəsmi “yutub” səhifəsinə verib.
* Həmişə “Qalatasaray”dan söhbət düşəndə qollarımdan, ötürmələrimdən və çempionluqlarımdan savayı çox böyük bir camiə olduğundan bəhs edəcəm. Həqiqətən də bura mənim qəlbimdə böyük bir ailə kimi iz buraxdı. Bu məqamı özümlə birlikdə yaşadacam və hər yerə aparacam. Gələcəkdə məndən məsləhət istəyən futbolçulara mütləq “Qalatasaray”a keçməyi məsləhət görəcəm.
* Ötən yay superkubokda “Beşiktaş”a uduzandan sonra nə qədər çox üzülsək də, onları alqışlamalıydıq. Əslində məhz onları alqışlamağa gedərkən sonrakı finallar və uğurlar üçün böyük bir enerji aldıq. Sonradan Okan Buruk da bunu bir neçə dəfə bizə xatırlatdı. Neqativ enerjini pozitivə çevirməyimizi istədi. Biz də məhz bunu etdik.
* Mən Türkiyəyə Torreyra ilə eyni təyyarədə gəlmişdim. Məşqlərə hər zaman ən birinci o gəlir və hamıdan da yaxşı çalışır. Məşq meydançasına birinci o ayaq basır. Elə başqaları da əlindən gələni edir. Zatən biz məhz bu üzdən ardıcıl üç çempionluq qazandıq. İkardiyə qazandığımız ilk iki çempionluğa görə təşəkkür edirəm. Birincini, demək olar, təkbaşına qazandı. Amma üçüncüdə əsas pay sahibi Osimhen oldu. O olmasaydı, çox çətinliklər yaşaya bilərdik.
* Barış Alpər Yılmaz xaraketrcə mənə bənzəyir. Adi vaxt deyib-gülməyi xoşlayır. Amma çalışmaq zamanı gələndə çox ciddi olur. İndiki səviyyə ilə kifayətlənməyən və bu günlə yaşamayan bir futbolçudu. Həmişə daha artığına nail olmaq istəyir. Son çempionluğun ardından yanıma gəldi və gələcəyi ilə bağlı xeyli söhbət etdik. “Qalatasaray”ın onun üçün kəsb etdiyi mənadan danışdıq. Məndən xeyli gənc olsa da, ondan çox şey öyrəndim.
* Bura gəlməmiş Sneyderlə danışmışdım. İstanbuldakı həyatla bağlı mənə çox şey anlatmışdı. Ən yaxşı seçimin “Qalatasaray” olduğunu demişdi. Onun tövsiyələrinin mənə böyük faydası dəydi. Əslində onun kimi “14” nömrəli formanı geymək istəyirdim. Amma həmin an bu nömrə boş deyildi. Sonra Ərdən Timur “10” nömrənin boş olduğunu dedi və bunu mənə təklif etdi.
* “Qalatasaray”da heç vaxt üzərimdə mütləq çempionluq təzyiqi hiss etmədim. Bəlkə də bu, baş məşqçimizin sayəsində mümkün oldu. O hər zaman üzərimizdəki təzyiqi aradan qaldırmağı bacarırdı. Belə şeyləri çox gözəl anlayan, komandanın özünü sərbəst hiss etməsi üçün əlindən gələni edən bir məşqçidi. Finallar qalib gəlmək üçündü. Xüsusilə “Qalatasaray” kimi böyük klublarda bu, daha yaxşı hiss olunur. Bu klub həmişə lazımi və doğru anda özünü göstərə bilir.
* Müqaviləyə ilk imza atdığım anlarda Ərdən Timur hər zaman “ÇL-i qazana bilərik” cümləsini işlədirdi. Buna gülməyim gəlirdi və “əvvəlcə çempion olmalıyıq” deyirdim. Bu üç çempionluğun ardından deyə bilərəm ki, “Qalatasaray” bu müddət ərzində çox böyüdü. Bizim məğlub etdiyimiz “Tottenhem” Avropa Liqasının qalibi oldu. Onların zəfərini görəndən sonra öz-özümə “biz də orda olmağa layiq idik” dedim. Yəni Avropada daha yaxşı çıxış edə bilərdik. Gələn mövsüm ÇL-də oyunlara yaxşı köklənəcəyimiz təqdirdə ciddi addımlar ata bilərik. Bu, baş məşqçimizin əsas hədəflərindən biridi.
* Məncə, ikinci mövsümümüzdə həqiqətən xarüqələr yaratdıq. “Fənərbaxça” 99 xal topladı. Bu, onlar üçün rekord idi. Amma yenə də çempion ola bilmədilər! Zirvə bizə qismət oldu. Belə şeylər onların motivasiyasına təsir edir. Çünki bacardıqlarından da artığını etsələr də, biz 102 xalla çempion olduq! İnsanlar mənə “Fənərbaxça”ya vurduğum bir qolun 15 qol dəyərində olacağını deyirdilər. Derbidə fərqlənərkən həmin an bu qolun həqiqətən də çox dəyərli olduğunu anlamışdım.
* Bura ailəlikcə gəlməyimiz, övladlarımızı gətirməyimiz “Qalatasaray”ın necə böyük bir ailə olduğunu göstərir. Heç kim problem çıxarmır. Hamı bir-biri ilə gözəl anlaşır. Okan Buruk mənə oğlum Çironun artıq klubun maskotuna çevrildiyini və bütün ev matçlarına gəldiyini söylədi. Oğlumu burdan necə ayıracağımızı bilmirəm. Bu aralar çox ağladığım üçün buna da bir çarə tapacam. Gələcəkdə buranı çox ziyarət edəcəm. Çiroya da bunun son olmadığını və bura hələ çox gələcəyimizi dedim. O, səhərlər oyanıb məktəbə getməyi sevmir. Məktəb əvəzinə “ata, “Qalatasaray”a gedə bilərikmi”, - deyə soruşur. Ən çox məhz bunun üçün darıxacam.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri