Ən çox vergi borcu topdansatış ticarəti sahəsində yaranıb
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda dövlət büdcəsinə olan vergi borcları ilin əvvəlindən 939,3 milyon manat və ya 28,4% artaraq 4 milyard 248 milyon manata çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd olunub ki, 2026-cı il oktyabrın 1-ə olan məlumata görə, vergi borclarının 3 milyard 742,9 milyon manatı qeyri-neft-qaz sektorunun, o cümlədən 3 milyard 532,5 milyon manatı özəl sektorun payına düşüb.
Vergi borclarının 76,2%-i və ya 3 milyard 234,9 milyon manatı xüsusi mülkiyyətə mənsub vergi ödəyicilərinin hesabına yaranıb. Borcların sahələr üzrə bölgüsündə topdansatış ticarəti 851,5 milyon manatla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 844,5 milyon manatla ilk sıralarda yer alıb. Tikinti sektorunun borcu 380,2 milyon manat, pərakəndə ticarət sektorunun borcu isə 341,2 milyon manat təşkil edib.
Sənəddə diqqətə çatdırılıb ki, neft-qaz sektoru üzrə vergi borcları ilin əvvəli ilə müqayisədə 8,7 dəfə artaraq 505,1 milyon manata yüksəlib. Bu borcun 490 milyon manatı SOCAR və onun törəmə müəssisələrinin payına düşür.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Gilan Lift”in 376 min manatdan çox vergi borcu yaranıb
02 Sentyabr 2026 17:32
Bu institutun vergi borcu yaranıb
12 Sentyabr 2025 23:24
“Rabitəbank”ın vergi borcu yaranıb
22 Noyabr 2024 18:14
Pera Plastik Qrupun dövlətə 9 mln. manatdan çox vergi borcu yaranıb
10 Yanvar 2025 12:06
Ən çox borcu olan dövlətlər
23 Avqust 2025 08:44
Baxış sayı:98
Bu xəbər 19 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















