Icma.az
close
up
RU
Ən düzgün qulaq təmizləmə üsulu açıqlandı

Ən düzgün qulaq təmizləmə üsulu açıqlandı

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qulaqları pambıq çubuqlarla təmizləmək təhlükəlidir. Qulaqların gigiyenasını qorumaq üçün yalnız xarici hissəyə qulluq etmək kifayətdir - yəni, duşdan sonra qulaq seyvanını və xarici eşitmə kanalını nəm dəsmalla ehtiyatla silmək lazımdır.

Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı otorinolarinqoloq İqor Maneviç danışıb.

Onun sözlərinə görə, qulaq təmizləmək sadə bir proses kimi görünsə də, çoxları ciddi səhvlərə yol verir və bu, böyük zərərlərə səbəb ola bilər.

"Ən əsas səhv - qulaq keçəcəyini pambıq çubuqlarla təmizləməkdir. Əksər insanların düşündüyünün əksinə olaraq, bu çubuqlar bu məqsəd üçün nəzərdə tutulmayıb. Onlar qulaq kirini çıxarmaq əvəzinə, daha dərinlərə itələyir və nəticədə tıxac yaranmasına səbəb olur. Belə tıxac eşitmə qabiliyyətinin zəifləməsinə, tıxanıqlıq hissinə, ağrı və narahatlığa gətirib çıxarır. Üstəlik, ehtiyatsızlıq nəticəsində qulaq keçəcəyinin həssas dərisini zədələmək və hətta təbil pərdəsinə xəsarət yetirmək mümkündür. Bu isə ciddi fəsadlara, hətta eşitmə itkisinə səbəb ola bilər", - deyə mütəxəssis izah edib.

Həkim bildirib ki, təhlükəli olan başqa bir səhv - qulaqları müxtəlif ev üsulları ilə təmizləməyə cəhd etməkdir.

"Məsələn, hidrogen peroksid, sirkə, soda və ya yağlar bu məqsədlə istifadə olunur. Lakin bu maddələr dəriyə qıcıqlandırıcı təsir göstərə, allergik reaksiyalar və kimyəvi yanıqlara səbəb ola bilər. Həkim tövsiyəsi olmadan bu maddələrin tətbiqi qətiyyən yolverilməzdir. Əksinə, bunlar problemi daha da ağırlaşdıra bilər, xüsusilə qulaq keçəcəyində artıq qıcıqlanma varsa", - deyə o bildirib.

Ekspert qulaq tıxacından özbaşına qurtulmağa çalışmanın da ciddi problemlərə yol aça biləcəyini vurğulayıb.

"Əgər belə bir tıxac yaranıbsa, onu yalnız mütəxəssis çıxarmalıdır. İnsanların özbaşına müdaxiləsi çox vaxt təbil pərdəsinin zədələnməsi və eşitmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Qulaqda tıxanıqlıq hissi, ağrı, eşitmə zəifləməsi və ya başgicəllənmə kimi əlamətlər varsa, mütləq bir otorinolarinqoloqa (LOR həkiminə) müraciət etmək lazımdır. Əsas məqam odur ki, qulaq kiri orqanizmin qoruyucu funksiyasının bir hissəsidir. O, qulaq keçəcəyini çirklənmədən, mikroblardan və həddindən artıq nəmdən qoruyur. Orqanizm artıq miqdarda qulaq kirini təbii yolla özü çıxarır", - deyə həkim yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Mart 2025 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri