Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Britaniyanın Nortumbriya Universitetinin alimləri müəyyən ediblər ki, cəmi bir stəkan nanəli çay yaddaşı və diqqəti yaxşılaşdırır.
Oxu.Az xəbər verir ki, bununla bağlı tədqiqat "Human Psychopharmacology" jurnalında dərc olunub.
Təcrübədə 20-56 yaş arası 25 nəfər iştirak edib. Bir qrup nanəli çay, digər qrup isə plasebo qəbul edib. Sonra iştirakçılar diqqət, yaddaş və sözləri xatırlama testləri keçiblər.
Nanəli çay içənlər testlərdə daha yaxşı nəticə göstəriblər. Onların beyinlərinin diqqət və yaddaşa cavabdeh hissəsində qan dövranı da artıb. Alimlər bu effekti nanənin tərkibindəki mentolla izah edirlər.
Qeyd olunur ki, gələcəkdə daha geniş tədqiqatlar aparılacaq. Məqsəd - nanəli çayın beyinə necə təsir etdiyini və bu təsirin nə qədər davam etdiyini öyrənməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 İyul 2025 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















