Icma.az
close
up
RU
Soyuq havada paltar qurutmağın ən praktik üsulu açıqlandı

Soyuq havada paltar qurutmağın ən praktik üsulu açıqlandı

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Soyuq hava mövsümünün başlaması ilə birlikdə bir çox evdə paltar qurutmaq yenidən ciddi problemə çevrilib. Lakin İngiltərə və Yeni Zelandiya alimlərinin apardığı araşdırmalara görə, soyuq havada belə paltarları düzgün üsullarla sürətli, sağlam və enerjiyə qənaətcil şəkildə qurutmaq mümkündür.

Milli.Az xəbər verir ki, BBC Science Focus jurnalının yazarı, bioloq Dr. Claire Asher, paltarların quruma sürətini müəyyən edən əsas amilin istilik deyil, hava dövranı olduğunu bildirib:

"Qışda hava soyuq olsa belə, quru və hərəkətli hava nəmliyin buxarlanmasına kömək edir. Problem, qapalı məkanlarda havanın hərəkətsiz qalmasıdır."

Dr. Asher-in sözlərinə görə, evdə paltar qurudanlar otağı qısa müddətlik havalandırmaqla və yüngül hava axını yaratmaqla quruma müddətini xeyli azalda bilərlər.

Radiatorun üstü deyil, yanı

Mütəxəss Nigel Bearman xəbərdarlıq edir ki, paltarları birbaşa istilik mənbəyi - məsələn, radiatorun üstündə - qurutmaq həm effektiv deyil, həm də sağlamlıq üçün zərərlidir:

"Radiatorun üstündə qurudulan paltar istiliyi tutur, bu isə otaqda nəmin artmasına və kifin yaranmasına səbəb olur. Ən doğru üsul, paltarları istilik mənbəyindən təxminən bir metr aralıda asmaq və hava axımını təmin etməkdir."

Bearman əlavə edib ki, evdə daim islanmış paltar saxlamaq küf əmələ gəlməsini sürətləndirir və bu da tənəffüs sağlamlığına mənfi təsir göstərir.

Meteoroloqlar soyuq havalarda paltarların daha səmərəli quruması üçün aşağıdakı tövsiyələri verir:

Paltarı yuduqdan sonra artıq suyu "ekstra sıxma" rejimi ilə maksimum dərəcədə çıxarın.

Paltarları üst-üstə asmayın; hər bir parça arasında hava boşluğu qalmalıdır ki, buxarlanma sürətlənsin.

Otağı gündə bir neçə dəfə 3-4 dəqiqəlik havalandırın.

Əgər otaqda rütubət səviyyəsi 60%-i keçirsə, rütubətudan cihaz və ya xüsusi torbalardan istifadə edin.

Soyuq, amma quru və küləkli günlər paltar qurutmaq üçün ən əlverişli vaxtlardır - çünki aşağı rütubət, istilikdən daha təsirlidir.

Yeni Zelandiya Meteorologiya Xidmətinin apardığı tədqiqat nəticələrinə görə, aşağı temperaturda belə, külək və rütubət səviyyəsi uyğun olduqda paltarlar 18% daha sürətli quruyur.

Həmçinin, açıq havada qısa müddətli qurutma üsulu daxili məkanlarla müqayisədə daha gigiyenik və enerjiyə qənaətcil hesab olunur.

İngiltərədə yayımlanan Independent qəzetinin hesabatına görə, evdə səhv qurutma vərdişləri uzunmüddətli dövrdə rütubət və kif problemini artırır, bu da xüsusilə uşaqlı ailələrdə allergiya riskini yüksəldir.

Mütəxəssislərin yekdil fikrinə görə, paltar qurudarkən əsas olan istilik deyil, hava sirkulyasiyasıdır. Qısa müddətli pəncərə açmaq, paltarları radiatora toxundurmamaq və rütubət balansını qorumaqla, qış aylarında belə effektiv və sağlam quruma mümkündür.

Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Oktyabr 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri