Icma.az
close
up
RU
Ən güclü silah artıq insan beynidir ŞƏRH

Ən güclü silah artıq insan beynidir ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və Rusiya dialoqa qayıtmalıdır, yoxsa dünya sabitliyi çökmək ərəfəsindədir


“XXI əsrin müharibəsini süni intellekt qazanacaq, raketlər yox!” 


ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinin strateji hücum silahları haqqında müqavilə (START) üzrə məhdudiyyətlərin gələn il də saxlanılması təklifini qəbul edib. ABŞ Silah Nəzarəti Assosiasiyasının rəhbəri Deril Kimbollun məlumatına görə, bu addım nüvə silahlarının artmasının qarşısını almağa və gərginliyi azaltmağa kömək edəcək. Kimboll qeyd edib ki, müqavilə müddəti başa çatdıqdan sonra da məhdudiyyətlərin qorunması yeni silahlanma yarışının qarşısını alacaq və uzunmüddətli razılaşmalar üçün zəmin yaradacaq.


Qeyd edək ki, 2026-cı ilin fevral ayında ABŞ ilə Rusiya arasındakı Strateji Silahların Azaldılması üzrə Yeni Müqavilənin (START) müddəti bitir. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, START müqaviləsinin müddəti başa çatdıqdan sonra ABŞ eyni öhdəlikləri qəbul edərsə, Kreml müqavilənin əsas məhdudiyyətlərini bir il daha yerinə yetirməyə hazırdır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov hesab edir ki, ABŞ və Rusiya qlobal sabitliyi qorumaq üçün strateji silahların azaldılmasına yönəlməlidir.  Politoloq Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ və Rusiya beynəlxalq sistemdə aparıcı nüvə dövlətləri kimi xüsusi məsuliyyət daşıyırlar. Bu iki ölkənin strateji silah istehsalında inadkarlıq nümayiş etdirməsi qlobal təhlükəsizlik mühitinə mənfi təsir göstərir: 


“Hazırda beynəlxalq münasibətlərdə gərginlik artdığı bir dövrdə strateji hücum silahlarının çoxaldılması dünya üçün yeni risklər yaradır. Silahlanma yarışının yenidən qızışması beynəlxalq hüququn əsas prinsipləri, xüsusən də kollektiv təhlükəsizlik və sabitlik anlayışına ziddir. ABŞ və Rusiya məsuliyyətli aktorlar kimi dialoqa üstünlük verməli, hərbi balansın qorunmasına çalışmalıdırlar”.


İ.Hüseynovun fikrincə, bu gün silah istehsalına və hərbi potensialın artırılmasına yönəlmiş siyasət nə regional, nə də qlobal sabitliyə xidmət edir:

“İnkişaf etmiş dövlətlərlə yanaşı, orta güclər və hətta kiçik ölkələr də silah istehsalına maraq göstərirlər. Bu tendensiya silah bazarının genişlənməsinə, eyni zamanda təhlükə mənbələrinin artmasına gətirib çıxarır. Əslində, güclü diplomatiya və texnoloji əməkdaşlıq hərbi üstünlükdən daha dayanıqlı təhlükəsizlik təmin edə bilər”.


STM-in sektor müdiri hesab edir ki, Sovet İttifaqının süqutundan sonra əldə olunmuş razılaşmalar xüsusilə strateji nüvə başlıqlarının məhdudlaşdırılması istiqamətində atılan addımlar indi də aktual saxlanmalıdır: 

“Rusiya və ABŞ bir vaxtlar START müqaviləsi çərçivəsində nüvə silahlarının azaldılmasına dair öhdəlik götürmüşdülər. Bu öhdəliklərin icrası beynəlxalq etimadın qorunması baxımından çox vacibdir. Əks halda, yeni silahlanma mərhələsi təhlükəsizlik balansını pozar”.


Politoloq əlavə edib ki, müasir dövrdə ən güclü “silah” artıq insan beynidir: 

“Qlobal çağırışlara cavab vermək üçün texnoloji innovasiyalar və diplomatik düşüncə ön plana çəkilməlidir. XXI əsrin reallığı budur ki, süni intellekt və informasiya texnologiyaları hərbi gücdən daha təsirli vasitəyə çevrilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri