Ən pis avtomobil istehsalçısı açıqlandı: Bu brenddən uzaq durun!
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əksər sürücülər avtomobillərinin nadir hallarda nasazlıq yaratmasını və onlara yalnız müsbət emosiyalar bəxş etməsini istəyir. Məhz buna görə avtomobil seçiminə məsuliyyətlə yanaşmaq vacibdir.
Avtosfer.az xəbər verir ki, "SlashGear" nəşrində "Consumer Reports" araşdırmasına əsaslanaraq ən pis avtomobillər istehsal edən şirkətin adı açıqlanıb. Mütəxəssislər modelləri sahiblərini ən çox məyus edən brendi müəyyən ediblər.
Qeyd olunur ki, sözügedən brendin avtomobilləri təkcə etibarsızlığı ilə deyil, həm də sahiblərin məmnunluq səviyyəsinin aşağı olması ilə seçilir. Söhbət "Jeep" şirkətindən gedir.
"Consumer Reports" reytinqində "Jeep" yol testlərində 64 bal toplayıb, orta proqnozlaşdırılan etibarlılıq göstəricisi isə bir çox rəqiblərdən zəif olub. Bundan əlavə, bu brendin avtomobil sahiblərinin hamısı öz seçimindən razı qalmayıb.
Nəşrdə həmçinin bildirilib ki, son illərdə "Jeep" avtomobillərinin geri çağırılması və təhlükəsizliklə bağlı kifayət qədər problemlər yaşanıb. Mütəxəssislər sürücüləri bu brendin avtomobillərini almadan əvvəl iki dəfə düşünməyə çağırıblar./Valyuta.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 30 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















