Ən sağlam süd növü açıqlandı İnək südü siyahıda deyil
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Son araşdırmalar südlərin qida dəyərini müqayisə edərək ən faydalı növü müəyyən edib. Mütəxəssislərin açıqlamasına görə, ən yüksək qida dəyərinə malik süd keçi südü hesab olunur.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, keçi südü tərkibindəki yüksək kalsium, maqnezium, fosfor və A vitamini ilə həm uşaqlar, həm də böyüklər üçün daha faydalı nəticələr göstərir. Onun zülak strukturu insan orqanizmi tərəfindən inək südündən daha asan həzm edilir, bu isə xüsusilə mədə-bağırsaq həssaslığı olan insanlar üçün üstünlükdür.
Araşdırmada qeyd olunur ki:
Keçi südü allergiya riskini azaldır
Dəri və sümük sağlamlığını yaxşılaşdırır
Laktoza miqdarı nisbətən az olduğundan bəzi insanlarda daha rahat qəbul olunur
İmmunitet sistemini gücləndirir
Mütəxəssislər həmçinin bildirirlər ki, keçi südünün tərkibindəki yağ turşuları bədən tərəfindən tez enerji kimi istifadə olunur və artıq çəki yaratmır.
Nəticə olaraq, qida dəyəri və həzm olunma üstünlüklərinə görə keçi südü ən faydalı süd növlərindən biri kimi önə çıxır.
Baxış sayı:38
Bu xəbər 15 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















