Icma.az
close
up
RU
Dünyanın ən faydalı südü açıqlanıb İnək südü deyil

Dünyanın ən faydalı südü açıqlanıb İnək südü deyil

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Supermarketlərin rəflərini bəzəyən müxtəlif süd məhsulları arasında insanlar tez-tez belə bir sual verir: bədən üçün ən faydalı süd hansıdır?

Son araşdırmalar və dietoloqların tövsiyələri göstərir ki, ən faydalı süd növü inək südü deyil, məhz keçi südüdür.

Lent.az bu barədə məlumatları sizə təqdim edir:

Niyə keçi südü ən faydalı hesab olunur?
Keçi südü əsrlər boyu bir çox mədəniyyətlərdə əsas qida məhsullarından biri olub – xüsusilə inək südü olmayan və ya onun intoleransına malik bölgələrdə. Onun asand həzm olunması və qida ilə zəngin tərkibi onu bir çox insanlar üçün ideal alternativ edir.

Keçi südünün üstünlükləri:

Asan həzm olunması
Keçi südündə laktoza (süd şəkəri) inək südündən daha azdır, bu isə laktoza dözümsüzlüyü olan insanlar üçün onu daha uyğun edir.
Eyni zamanda, yağ kürəcikləri daha kiçikdir, və kazeyn alfa-S1 adlı zülal daha az olduğu üçün mədə tərəfindən daha tez və asan həzm olunur. Bu, körpələr, uşaqlar və həssas həzm sistemi olanlar üçün xüsusilə vacibdir.

Qidalandırıcı zənginlik
Keçi südü əsl vitamin və mineral xəzinəsidir:

Kalsium və fosfor inək südündən daha çoxdur – bu, sümük və diş sağlamlığı üçün vacibdir.

B vitaminləri (xüsusilə B1, B2, B5), A vitamini, kalium, maqnezium və sink də yüksək səviyyədədir.
Bu maddələr immunitet, maddələr mübadiləsi və ümumi sağlamlıq üçün mühümdür.

Alergiya riski azdır
Keçi südü, inək südünün zülalına allergiyası olan insanlar üçün hipoallergen alternativ ola bilər. Onun zülal tərkibi fərqlidir və allergik reaksiyalar yaratma ehtimalı daha azdır.

İmmunitetin dəstəklənməsi
Keçi südündəki oliqusaxaridlər prebiotik kimi fəaliyyət göstərərək bağırsaq florasını yaxşılaşdırır.
Həmçinin, immunoqlobulinlər infeksiyalarla mübarizədə orqanizmə kömək edir.

Ürək-damar sağlamlığına faydası
Keçi südü orta zəncirli trigliseridlər (MCT) kimi faydalı yağ turşuları ilə zəngindir. Bu maddələr asand həzm olunur və xolesterini azalda bilər, bu da ürək-damar sistemi üçün faydalıdır.

Haradan tapmaq və necə istifadə etmək olar?
Keçi südü inək südü qədər geniş yayılmasa da, onu iri supermarketlərdə, fermer dükanlarında və bazarlarda tapmaq mümkündür.
İstifadə sahələri:

Gündəlik içki kimi

Yarmalar, smuzilər, souslar

Pendirlər və qatıq hazırlamaq üçün

Nəticə:
Süd seçimi hər zaman fərdi ehtiyac və üstünlüklərə əsaslansa da, keçi südü – həzm rahatlığı, hipoallergenlik və qida zənginliyi ilə dünyada ən faydalı süd növlərindən biri hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri