Icma.az
close
up
RU
Ən ucuzu 2, ən bahalısı isə 2500 manatdır Tingçilik təsərrüfatından REPORTAJ VİDEO

Ən ucuzu 2, ən bahalısı isə 2500 manatdır Tingçilik təsərrüfatından REPORTAJ VİDEO

Icma.az bildirir, Azertag portalına istinadən.

Tərtər, 7 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Odur ki, bura səfər edən hər bir kəsin diqqətini yolboyu əkin sahələrindəki tingçilik təsərrüfatları cəlb edir. Tərtərli təsərrüfat sahiblərinin yetişdirdikləri meyvə və dekorativ bitkilərin tingləri ətraf rayonlarla yanaşı, Bakı şəhərində və respublikanın digər regionlarında satışa çıxarılır.

AZƏRTAC-ın bölgə müxbiri Tərtərdəki təsərrüfatların birində olub.

Təsərrüfat sahibi Nizami Abdullayev bildirib ki, 2019-cu ildə yaradılan təsərrüfatda ilk illərdə Türkiyədən dekorativ bitkilərin şitilləri gətirilərək böyüdülür, satışa çıxarılırdı. Lakin son iki ildir həmin bitkilər çilik və toxum vasitəsilə elə Tərtərdə yetişdirilir: “Düşündük ki, dekorativ bitkilərin şitillərini idxal etməkdənsə, onu özümüz yetişdirək. Artıq iki ildir ki, çilik və toxum vasitəsilə sıfırdan özümüz istehsal edirik. Hazırda təsərrüfatımızda 40-a yaxın çeşiddə dekorativ bitkilər var. Həmişəyaşıllardan “Viberium Lisidium”, “Fatunya”, “Liqustrum teksanum”, “Buksus”, “Çuniperus”, sarmaşıqlardan “Jasmin”, “Hedera” və sair misal göstərmək olar. Təsərrüfatımızda yetişdirilən tingləri əsasən Bakı şəhərindəki dekorativ bitkilərin satışı məntəqələrindən gəlib alırlar. Bundan başqa, təsərrüfatımız Tərtər-Gəncə avtomobil yolunun kənarında olduğu üçün yolla keçənlər də avtomobillərini saxlayıb alırlar. Ümumilikdə götürəndə satışımız daha çox Bakı şəhərindədir. Çünki rayon əhalisi əsasən meyvə ağaclarına üstünlük verirlər”.

İnsanlar kimi hər bir bitkinin də özünəməxsus xüsusiyyəti, öz sirri, öz dili var. Nizami Abdullayev bitkilərin çoxaldılması yolları haqqında da məlumat verib. “Bu “Liqustrum teksanum” adlı bitkinin çilikləridir. Bu ana bitkidən kəsilir. Çiliklə artırmanın üstünlükləri odur ki, ana bitkinin özəllikləri olduğu kimi növbəti nəslə ötürülə bilir. Toxumla artırmada isə yeni çıxan bitkilər bəzən cır alınır. Çiliyi basdırmaq üçün əkin materialı olaraq kokobit istifadə edirik. Pomidor istixanalarında istifadə olunmuş kokobitləri ucuz qiymətə alıb təkrar emal edirik. Bu isə “Feniks ağacının şitilləridir. Bunları toxumla artırmışıq. “Jasmin” sarmaşıqları da var. Aprel-may aylarında çox gözəl ətirli çiçəklər açır. Bunları da çilik vasitəsilə artırmışıq. İki yaşına çatanda satışa çıxarılacaq”, - deyə o əlavə edib.

Təsərrüfatda tinglərin qiyməti bitkinin cinsindən, böyüklüyündən və yaşından asılı olaraq dəyişir. Belə ki, təsərrüfatdakı dekorativ bitkilərin orta qiyməti 30-50 manat təşkil edir. Ən ucuz bitki 2 manata satılan “Eunimus”, ən bahalı bitki isə təsərrüfat yaranarkən İtaliyadan idxal edilən “Maqnoliya Qrandiflora”dır. Qiyməti 2500 manat olan bu bitkinin 30-dan artıq yaşı var.

Nizami Abdullayev yetişdirilən dekorativ bitkilərin xarici ölkələrə ixrac etməyi hədəfləyir. “Burada gördüyünüz bitkilərin hamısını özümüz yetişdirmişik. Hədəfimiz odur ki, istehsalı daha da artıraq və bitkilərin ixracını həyata keçirək. Bütün dünyada torpaqlı bitkilərin ixracına məhdudiyyətlər qoyulur. Biz bitkiləri kokobitdə becərdiyimiz üçün ixracda heç bir məhdudiyyət yoxdur. Bitkiləri əsasən Xəzəryanı və digər postsovet respublikalarına ixrac etməyi nəzərdə tutmuşuq”, - deyə təsərrüfat sahibi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see276

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see221

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see207

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see184

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see150

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see147

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see141

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see138

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see136

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see135

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri