Icma.az
close
up
RU
Britaniyanın ən məşhur kəndi Klovellidən REPORTAJ

Britaniyanın ən məşhur kəndi Klovellidən REPORTAJ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Devon, 22 aprel, AZƏRTAC

Axşamdır. Bir neçə saat əvvəl yağan yağışın yerini indi sakit və təmiz hava alıb. Göy üzü sanki fırça ilə çəkilibmiş kimi durudur, maviliyi dənizə qarışır.

Maşını kəndin yuxarı hissəsində yerləşən dayanacaqda saxlayıb yavaş-yavaş piyada təpədən aşağı, sahilə doğru enirik. Burada maşın yolu yoxdur. Yol boyu heyranlıqla ətrafa baxıram və düşünürəm: “Doğrudanmı Britaniyada belə bir yer varmış?”

Bura İngiltərənin cənub-qərbində, Devon qraflığının şimal sahilində yerləşən Klovelli kəndidir. Sosial şəbəkələrdə Britaniyanın ən çox tanınan, ən çox xatirə şəkli çəkilən kəndlərindən biri də məhz buradır.

Kəndə çatanda axşam saat yeddiyə qalırdı. Səhər saat 9-dan axşam 5-ə qədər kəndə giriş pulludur. Böyüklər üçün 10 funt sterlinq, uşaqlar üçün isə 6 funt. Bu ödəniş kəndin saxlanması, yolların və binaların təmiri, həmçinin burada fəaliyyət göstərən iki muzeyin və Klovelli Sarayı bağlarının qorunması üçün istifadə olunur. Biz gec gəldiyimiz üçün pul ödəmirik.

Əslində Klovelli sadəcə bir kənd deyil, bu, yüzillərlə qorunan bir mirasdır. Kənd 400 fut (təxminən 120 metr) hündürlüyündə bir təpənin üzərində yerləşir və bütün yolları dənizə doğru enir. Burada avtomobil yolu yoxdur, küçələr tamamilə daş döşəməlidir və yalnız piyada hərəkəti mümkündür. Əvvəllər kənddə əşyalar və yüklər ulaqlarla daşınırmış.

Evlər kəndin relyefinə uyğun şəkildə sıldırım yamaclarda tikilib. Bu evlər sadəcə yaşayış yeri deyil, sanki açıq hava qalereyasının parçasıdır. Evlərdən biri diqqətimi çəkir, elə bil bu ev yamacla dəniz arasında dayanmış kimi nə tam torpağa, nə də suya aiddir. Sanki bu kəndin bütün tarixini səssizcə müşahidə edən bir şahiddir.

Gec saatda gəldiyimiz üçün kənd demək olar ki, bomboşdur. Mağazalar, restoranlar bağlıdır. Yalnız bir yer açıqdır, "The Red Lion" adlı pub və hotel. Çöldə oturan 5-6 nəfərin səs-küyü eşidilir. Gülürlər, aralarından birinin ad günüdür. İçəri giririk, pubun içində sakit və rahat bir ab-hava var. Yemək sifariş veririk və bu arada personaldan soruşuram:

– Aprel necə keçir, gələn-gedən var?

Gülümsəyərək cavab verir:

– Bütün otaqlar doludur.

Hiss olunur ki, Klovelli təkcə sosial şəbəkələrdə məşhur deyil, eyni zamanda real həyatda da böyük maraq doğurur.

Klovellinin tarixi çox qədimdir. Bura vaxtilə İngiltərə kralı Uilyamın (William I the Conqueror) mülkiyyətində olub və sonralar onu həyat yoldaşı, Kraliça Matildaya bağışlayıb. Daha sonra kənd uzun müddət müxtəlif aristokrat ailələrin nəzarətində qalıb. 1738-ci ildən bəri kəndi eyni ailə- Hamlin ailəsi idarə edir. Hazırda kəndin sahibi Con Rous adlı şəxsdir, o bu torpaqları anasından miras alıb.

Bu kənd XIX əsrin ortalarına qədər demək olar ki, xarici aləmə qapalı olub. Lakin indi sosial media dövründə Klovelli Britaniyanın ən çox fotoşəkil çəkilən, ən çox videoya düşən kəndlərindən biridir. Elə bu səbəbdəndir ki, hər il burada Xərçəng Festivalı keçirilir, turistlər kəndin dənizlə bağlı mədəniyyətini və yerli mətbəxini yaxından tanıya bilirlər.

Klovelli bir kənddən daha çox yaşayan tarix, qorunan bir yaddaşdır. Dəniz qoxusu, sakitliyi, tarixi binaları və sıldırım yolları ilə insanı özünə valeh edir. Əgər Britaniyada hələ də toxunulmamış, orijinal bir yer axtarırsınızsa, Klovelli mütləq ziyarət edilməli yerlərdən biridir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see235

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see234

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see232

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see232

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see229

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see227

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see222

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see208

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see207

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see205

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see199

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see192

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see192

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see192

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see190

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see188

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see187

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see185

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see183

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri