Icma.az
close
up
RU
Dünyanın ən gözəl şəhərindən Reportaj

Dünyanın ən gözəl şəhərindən Reportaj

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maltanın paytaxtı Valletta “Readers Choice Awards - 2025” reytinqində Paris, Afina və Lissabon kimi turizm nəhənglərini geridə qoyaraq birinci yeri tutub. Təsadüfən bu yay mənim də yolum Maltadan keçdi. Yay istirahəti üçün mənə görə ən gözəl yerdir. Təəssüratlarımı bölüşmədən öncə onu deyim ki, bu ada bir dəfə ziyarət edildikdə, insanı yenidən və yenidən qayıtmağa vadar edir.

Balaca, sakit, amma içi min illərlə dolu Malta 

Malta dəniz sahilində yerləşən kiçik bir ada dövlətdir. Maltaya uçuşum İtaliyanın Bari şəhərindən idi. Soyuq təyyarədən çıxanda hərarət bürüdü: isti hava və meh. Burada hava digər Avropa ölkələrinə nisbətən istidir. Mənə bir növ şərqin isti avqust ayını xatırlatdı. Amma nəmişlik yox, daha isti... Bir fərq də o idi ki, gündüzləri nə qədər isti olsa da, gecə hava sərin olur. İlk addımımı atdığım anda hiss etdim – bu şəhər sadəcə seyr edilmək üçün deyil, hiss edilmək üçündür.

Hava limanından mərkəzə gedəndə ətrafdakı sarı evlər mənə dağınıq bir yeri xatırlatdı. İçimdən "Bura niyə gəlmişəm" sualı keçdi. Amma mərkəzə doğru getdikcə gözəllik görməyə başladım. Misirdən belə qədim olan məbədləri ilə sizi bir anda minilliklər əvvələ aparır. 

Malta Aralıq dənizi sahilində yerləşir. Üç adadan ibarətdir: Malta, Qozo və Comino. Maltada içməli su İtaliyadan gətirilir. Burada dəmir yolu yoxdur. Çox balaca yerdi. Burada paytaxt və digər bölgələr bir-birinə o qədər yaxındır ki...

Qalmaq üçün mənim seçimim paytaxt Valetta yox, ST.Julians oldu. Buranı daha çox sevdim. Dənizin kənarındadır, hər yer çimərlikdir. Bütün əyləncə növləri də sahildədir. Böyük alış-veriş mərkəzi də burada yerləşir. İnsanlar daha təbii həyat yaşayırlar. Burada həyat səhər saat 6-da başlayır. İnsanlar erkən oyanıb dəniz kənarında istirahətlərini edirlər: kimi idman edir, kimi səhər yeməyini yeyir, kimi itini, kimi də övladını gəzdirir. Bu küçələrin axşamı da belədir. Hər kəs sahilə axışır. Şam yeməyini yeyən, dostları ilə oturub kart və digər oyunlar oynayan, musiqiyə qulaq asan, sadəcə dənizə baxıb, ruhunu sakitləşdirən kim... Bu həyat mənə o qədər maraqlı gəldi ki... Elə mən də axşamlar üzərində balaca qayıqların düzüldüyü, ən gözəl rəsm əsərindən fərqlənməyən dəniz mənzərəsini saatlarla izləyirdim.

Maltada diqqətçəkən digər məqam isə başqa Avropa ölkələrinə nisbətən gecə həyatı aktivdir. Yəni saat 7-dən sonra hər yer açıq olur: mağazalar, restoranlar. 

Qiymətlər fərqlidir: məsələn, mağazalarda alış-veriş çox ucuzdur. İctimai nəqliyyat isə baha - avtobusda bir gediş 2,50 avrodur, yəni 5 manat. 

Tunisə yaxın olduğu üçün ərəbləri çox görəcəksiniz. Malta dedikdə gözünün önünə sarı daşlardan olan binalar, mavi dəniz gələcək. Burada bir özəllik isə odur ki, heç bir eyvan eyni deyil. Evlərin hamısının eyvanı fərqlidir. 

Malta’nın paytaxtı olan Valletta, UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilib. 16-cı əsrdə Hospitaler cəngavərləri tərəfindən inşa edilən bu şəhər, Avropanın ən kiçik və ən sıx mədəniyyətli paytaxtlarından biridir.


Vallettanın dar küçələri, barokko memarlığı və dəniz mənzərəsi var. Burada “Game of Thrones”un bəzi səhnələri çəkilib. Paytaxt Valletta, yalnız 1 kvadrat kilometr sahəyə malik olsa da, dünya üzrə ən sıx tarixi abidələrə sahib şəhərlərdən biridir. Şəhər dar daş küçələri, barok üslubunda binaları və möhtəşəm dəniz mənzərələri ilə valehedicidir.


Valletta yalnız tarixi ilə deyil, həm də canlı küçə həyatı, açıq havada kafe və restoranları, sənət qalereyaları və teatrları ilə maraq doğurur.  Gəzmək bir az çətindir. Çünki hər yer hündür pilləkən və yuxarı doğru qalxan yollardır. Ən maraqlı məqam isə pilləkənlərin üstündə qurulan masalar idi. İnsanlar kafelərdə bu masalarda əyləşib, dənizin mavi mənzərəsini izləyirlər.

Avropanın ən kiçik paytaxtıdır, amma yaddaşınızda böyük bir iz buraxacaq. Ümumiyyətlə, Malta Avropada əsl istirahət üçün gedə biləcəyiniz az sayda ölkələrdəndir. Valetta ən çox tarixi yerin olduğu bölgədir.


Maltada gedə biləcəyiniz ən gözəl adalardan biri Qozodur. Bura getmək üçün avtobusla müəyyən yol qət etməlisiniz. Daha sonra gəmidən istifadə edin.

Gəmi ilə gediş pulsuzdur. Bileti sadəcə dönüşdə alacaqsınız - 9 avro. Qozoda dəniz bir başqa gözəldir. Burada günəş başqa cür doğur, külək başqa cür əsir... Bura sakit yerdir. "Blue Lagoon" yalnız su deyil, sanki yerə sərilmiş mavi örpəkdir. 

Dünyanın ən qədim daş məbədlərindən biri, UNESCO tərəfindən qorunan Gantija burada yerləşir. Mərkəzdə Cittadella adlı qədim qala var. Qaladan bütün adanı görə biləcəyiniz mənzərə açılır.

Maltada mətbəx də özü kimi rəngarəngdir. Orijinal təcrübə üçün pastizzi, pendir və ya ətli noxud ilə doldurulmuş ləzzətli xəmiri sınayın və menyuda dovşan, at əti görsəniz təəccüblənməyin. Çünki bu, adada çox məşhur yeməkdir. Və təbii ki, təzə dəniz məhsulları... Əla atmosferi yaşamaq üçün axşam saat 8-dən sonra dəniz kənarında olan məkanlarda masa sifariş edin. 

İnsanların əksəriyyəti isə restoranlarda oturmağı yox, dəniz sahilində qum üstünə süfrə sərib orada yeməyi seçir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri