Icma.az
close
up
RU
Ən uzun gün, yaxud Azərbaycanda bəyaz gecə niyə olmur?

Ən uzun gün, yaxud Azərbaycanda bəyaz gecə niyə olmur?

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 21-dən Azərbaycanda yay fəsli başlayıb.

“Yeni Sabah” xəbər verir ki, adətən, həmin gün ilin ən uzun gündüzü hesab olunur. Oxşar deyim dekabrın 21-dən 22-nə keçən gün, yəni qış fəsli daxil olduqda da işlədilir.

Doğrudanmı gün və gecə 24 saatlıq sutkanı uzadır? Marqarita pizza

“İlin ən uzun gündüzü və ən uzun gecəsi hər il müşahidə etdiyimiz mühüm astronomik hadisələrdəndir. Yerin Günəş ətrafındakı hərəkəti zamanı fəsillərin dəyişməsini göstərən dörd əsas astronomik məqam var: yay günəş duruşu, qış günəş duruşu, yaz bərabərliyi və payız bərabərliyi”.

Bunu “Yeni Sabah”a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Aynur Abdulkərimova bildirib.

Onun sözlərinə görə, yay Günəş duruşu günü adətən iyunun 20-si və ya 21-nə təsadüf edir. Bu zaman Yerin Şimal qütbü maksimum Günəşə tərəf meylllənir və şimal yarımkürəsində astronomik yayın başlanğıcı hesab olunur:

“Planetimizin bu nöqtədən keçid anı şimal yarımkürəsində astronomik yayın başlanğıcı hesab olunur və sentyabrın 22-23-nə, yəni payız bərabərliyinə qədər davam edir. Sözügedən nöqtələrdən keçid vaxtının hər il bir neçə saat dəyişməsinin səbəbi isə Yerin öz orbiti boyu qeyri-bərabər sürətlə hərəkət etməsi və bəzi astronomik təsirlərin nəticəsidir.

Yerdə fəsillər onun fırlanma oxunun günəşin müstəvisinə meylli olması səbəbindən yaranır. Bu, oz növbəsində, gecə və gündüzün uzunluğunun ilboyu dəyişməsinə səbəb olur. Bu fərq ekvatordan qütblərə doğru getdikcə artaraq yay və qış günəşduruşu  günləri 24 saata çatır. Ekvator xəttinə nəzər salsaq görərik ki, orada fəsillər, demək olar ki, hiss olunmur.

Eyni zamanda, ekvatorda gecə və gündüzün uzunluğu il boyu cəmi bir neçə dəqiqəlik fərqlə 12 saat olaraq qalır, yəni günün uzunluğunda ciddi dəyişiklik yaranmır. Lakin ekvatordan qütblərə doğru hərəkət etdikcə gecə və gündüzün uzunluğu arasındakı fərq böyüməyə başlayır və yay günəş duruşu günü Şimal qütbündə tam 24 saat gündüz olur, günəş üfüqdən aşağı düşmür. Eyni anda Cənub qütbündə isə tam əksinə, Günəş həmin gün doğmur və 24 saatlıq qütb gecəsi yaşanır”.

A. Abdulkərimova qeyd edib ki, coğrafi mövqeyimizə görə Azərbaycanda nə qütb gecələri, nə də bəyaz gecələr olur:

“Azərbaycanın yerləşdiyi coğrafi enlikdə gündüz və gecənin uzunluğu təxminən 15 saatdan çox, 8 saatdan az olmur. Həmçinin biz coğrafi mövqeyimizə görə biz nə qütb gecələrini, nə də bəyaz gecələri yaşayırıq”.

Cəlalə Cəlalqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri