Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Ən yaxşılar”ın növbəti hədəfləri

“Ən yaxşılar”ın növbəti hədəfləri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyində mükafatlandırılan 2024-cü ilin ən yaxşı idmançılarından bir neçəsi ilə görüşüb həmsöhbət olduq.

“İlin kişilərdən ibarət ən yaxşı milli komandası” nominasiyasında yunan-Roma güləşi üzrə mili komanda qalib elan olunub. Yığmanın baş məşqçisi Aleksandr Tarakanov sevincini “Xalq qəzeti” ilə bölüşdü:
– Yunan-Roma güləşi üzrə milli komandamız 2024-cü ildə böyük uğurlar qazandı. Albaniyada keçirilən dünya çempionatında yığmamız tarixi nailiyyətə imza atmaqla Azərbaycan güləş tarixində yeni səhifə açdı. Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yenilədi. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir Dünya çempionatında 3 qızıl medal qazanan ilk komanda oldu. Paris Olimpiadasından da medalla qayıtdıq. Hazırda ən güclü yığmalarla rəqabət apara biləcək komanda hazırlayırıq. Federasiya rəhbərliyi idmançıların maksimum nəticələr göstərməsi üçün geniş imkanlar yaradır. 
Bu il bizi Avropa, Dünya çempionatları, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu yarışlar gözləyir. Ötən il olduğu kimi, bu il də komandamızın maksimum hazırlığı üçün bir sıra təlim-məşqlər nəzərdə tutulub. Adətən, yığmamız təlim-məşqlərini inkişaf etmiş güləş ölkələrində keçir. Həmişə olduğu kimi, bu il də Bakıda keçiriləcək təlim-məşqlərə güclü güləş komandalarını cəlb etməyi planlaşdırırıq. İlk birgə hazırlıq üçün isə bir neçə gündən sonra Xorvatiyaya təlim-məşqə yola düşəcəyik. Federasiya rəhbərliyi idmançıları  və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir. 
“2024-cü ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi” – “Ulduz” Futbol Akademiyasının direktoru Mehman Əlimov:
– “Ulduz” Futbol Akademiyası 2023-cü ilin may ayında yaradılıb. Akademiyada yeniyetmə futbolçuların inkişafı üçün hər bir şərait var. Ötən müddət ərzində bir sıra nailiyyətlər əldə edə bilmişik. 2024-cü ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi seçilməyimiz bizə göstərilən böyük etimaddır. Dəstəyə Gənclər və idman Nazirliyinə minnətdarıq. Eləcə də “Ulduz” ailəsinin hər bir üzvünün uğurların əldə edilməsində payı var və bunun üçün onlara təşəkkür edirik. 
Artıq 2024–2025-ci il mövsümündə 9 komandamız AFFA bayrağı altında keçirilən liqalarda çıxış edir. Hazırda çempionatlar davam edir. Müxtəlif yaş qruplarında komandalarımız qabaqcıl mövqelərdədir. Bu ay seleksiya günlərimiz oldu. Seleksiya nəticəsində yeni futbolçular aşkar edildi.  Bu ayın son həftəsində Gürcüstanın Tbilisi şəhərində təlim-məşqlər keçəcəyik. Orada 3 komanda ilə yoldaşlıq görüşləri də planlaşdırılıb. Bu il yenə də ölkəmizdə “Ulduz Cup” beynəlxalq turnirinin keçirilməsi nəzərdə tutulub. Ötənilki kimi 8 komanda iştirak edəcək ki, onlardan biri də “Ulduz”un yığması olacaq. Qonşu və yaxud Avropa ölkələrindən dəvətlər olacaq və onları da dəyərləndirəcəyik. Bu il qarşıya yeni hədəflər qoyulub. Azərbaycan milli komandası üçün futbolçular yetişdirmək, ölkə futboluna istedadlı oyunçular qazandırmaq əsas məqsədimizdir. Bunun üçün bütün səylərimizi toplayacağıq. 
“2024-cü ilin Ədalətli oyun (Fair Play) mükafatçısı” Qaşım Maqomedov, taekvondoçu:
– 2024-cü ildə iştirak etdiyim bütün rəsmi yarışlarda medal qazandım. Amma nəticələr daha yaxşı ola bilərdi. Avropa çempionatında və Olimpiya Oyunlarında çempion ola bilərdim. Düşünürəm ki, zədələnməsəydim, qızıl medal qazana bilərdim. Bununla belə, Olimpiya Oyunlarının medalı çox yüksək nəticədir. Paris Olimpiadasında qazandığım mükafat, 2 ay sonra –  oktyabrda isə qızımın dünyaya gəlişi həyatımda ən əlamətdar hadisələrdir. 
Bu il bizi yeni qələbələr gözləyir. 
2025-ci ildə yalnız çempionluq uğrunda mübarizə aparacağam. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa çempionatları kimi nüfuzlu yarışlar gözləyir. Bu il ümdə arzularımdan biri Dünya çempionu olmaqdır. Əsas hədəf isə Olimpiya qızılıdır. Növbəti illər hazırlığımı davam etdirib Olimpiya çempionu olmaq istəyirəm. 
“2024-cü ilin ən yaxşı hakimi” Emil Qurbanəliyev:
– Beynəlxalq dərəcəli (3 ulduzlu) boks hakimiyəm. Olimpiya Oyunlarında hakimliyin yolu Dünya, Avropa çempionatlarından keçir. Bunun üçün reytinq xalları yığmalısan. Daha sonra Olimpiya təsnifat turnirlərində uğurla hakimlik edənlər Olimpiya Oyunlarına dəvət alırlar. Mən də ötən il Çilidə keçirilmiş Panamerika Oyunlarında hakimlikdən sonra yüksək dərəcə aldım. Paris Olimpiadasına dəvət olunmağım mənim üçün böyük uğur idi. Bu yarışın görüşlərində verdiyim qərarların hər birində düzlüyə önəm verirdim. Paris Olimpiadasında boks hakimi kimi Azərbaycanın adını layiqincə təmsil etməyə çalışırdım. Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyurdum. Oyunlarda döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilməyim mənim üçün çox böyük uğur oldu. Referilərin reytinqində birinci olduğum üçün “Paris-2024”ün sertifikatı ilə təltif edildim. 
“2024-cü ilin ən yaxşı hakimi” seçildiyim üçün Gənclər və İdman Nazirliyinə minnətdaram. Çalışacağam ki, üzərimə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirim.

Leyla QURBANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri