Qarabağ ın müdafiəçisi ən yaxşılar sırasındadır
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Çempionlar Liqasının 1 /4 final matçlarından sonra “Qarabağ”ın futbolçuları müxtəlif göstəricilərdə ən yaxşılar arasındadırlar.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqası oyunlarında ən yüksək sürətə malik oyunçular siyahısına qoşulub.
O, saatda 36,5 km sürət ilə ilk beşliyi tamamlayır. İlk üçlüyə "Pafos"un hücumçusu Landri Diamata (39,6), "Bayer"in hücumçusu Patrik Şik (39,6) və PSJ-nin cinah oyunçusu Bredli Barkola (36,7) daxil olub.
Eyni zamanda, "Qarabağ"ın qapıçısı Mateuş Koxalski seyvlərdə (45) dördüncü pillədəki yerini qoruyub. O, "Bodo-Qlimt”in qapıçısı Nikita Haykin (68), "Real”dan Tibo Kurtua (56) və "Qalatasaray"ın qapıçısı Uğurcan Çakırdan (48) geri qalır.
Xatırladaq ki, "Qarabağ" ümumilikdə 22-ci yeri tutub və pley-offdan sonra Çempionlar Liqasını tərk edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Aprel 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















