Icma.az
close
up
RU
Əndazəsini aşan TOYLAR bu gedişlə hara gedirik?

Əndazəsini aşan TOYLAR bu gedişlə hara gedirik?

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əndazəsini aşan, artıq ikrah və qıcıq yaradan TOYLARIMIZ barədə danışacam. O toylardan ki, aylıq 400-500 manat orta əmək haqqı olan bir cəmiyyətdə 300-500 nəfərlik, stolun biri də 100 manatdan 300 manata qədər yüksələn şadlıq saraylarında toy əvəzinə cibsoydu mərasiminə çevrilib.

Hələ fonorqramma ilə ağzını marçıldadan bahalı müğənnilərə yarım saatına, bir saatına görə verilən 5-10 min manat arası pulları demirəm hələ.
Əvvəla ondan başlayaq ki, Azərbaycanda artıq yarım əsrə qədərdir ki, xalqımızın adət-ənənəsinə uyğun ənənəvi toy mərasimlərimiz tarixin arxivinə köçüb. Azı 40 ilə yaxındır ki, biz şıdırığı, daha çox bayağı və həm də özünü reklam xarakteri daşıyan toy məclisləri ilə məşğuluq. Bu proses xüsusulə 2000-ci illərin əvvələrindən daha gur hal almağa başlayıb.
Klassik toy adətlərimizdə daha çox sevincimizi bölüşmək, gənclərin ailə, yurd-yuva qurmasını qeyd edirdiksə, son 30-40 il ərzində daha çox var-dövlət, dost-tanış reklamı, həttda ilk növbədə pul toplamaq istəyi ən nəcib məqsədlərin qarşısında gəlir. Əvvələr el-obada toy mağarları vardı, heyvanlar kəsilirdi, böyük qazanlarda yeməklər bişirilərdi toydan öncə. Amma məlumdur ki, artıq internet əsrində olduğumuz üçün, həm də günü bu gün kənd təsərrüfatımızın özünün qədim toylarımız kimi yoxa çıxdığı bir dövrü yaşayırıq. İş o yerə çatıb ki, həttda yas məclislərimiz belə bahalı restoran və şadlıq saraylarında qeyd edilir. Yəni bu dərəcədə “yenilənmişik”.
Mən deyərdim hazırda Azərbaycanda toy məclisləri daha çox biznes və özünü reklam mənası daşıyır. Toy sahibi əsasən vaxtı ilə toy məclislərinə getdiyi insanlardan “pulunu geri almaq” üçün azı 200-300 nəfərlik şıdırığı toy təşkil edir. Ən dəhşətlisi odur ki. toy menyularımızın özü o dərəcədə əcaib forma alıb ki, milli xörəıklərimizdən daha çox əcnəbi təamlar süfrəmizdə ağalıq edir. Toy stolunda dadına bələd olmadığın yüzlərlə təam qoyulur və bunun sağlamlığımız üçün ziyanlı olub olmaması heç kimin vecinə belə deyil. Əslində toylarımızda qida təhlükəsizliyi və sağlamlıq nəzarəti ayrıca bir mövzu və aktual məsələdir hazırda. Təəsüf ki, bu işdə də hərcmərclik hökm sürür. Nəzərə alsaq ki, toylarımızda azı 100-200 adam iştirak edir və bu insanların təhlükəsizliyi, zəhərlənmədən qorunması ən vacib məsələdir.
Hə, gələk əsas məsələyə. Biz toylarımızda say məhdudiyyəti qoya bilərikmi? – qətiyyən YOX! Səbəbini deyim sizə. Əvvəla bunun üçün bizim toy adətinə olan münasibətimiz və baxış bucağımız dəyişməlidir. Azərbaycanda toy mərasiminə bütün qohum və nəsil təmsilçiləri qatılırlar. Sən kiməsə hər evdən 1 nəfər iştirak etsin, yaxud biz 20 nəfərlik balaca şadyanalıq edəcəyik deyə bilməzsən. O saat yaxından-uzaqdan məzəmmət və nifrət dolu baxışlar dikiləcək sizə. Biz internet əsrində, süni intellekt zamanında yaşasaq da, min illik zərəli vərdişlərimizdən qurtula bilmirik.
Bir çox Avropa ölkələrində olduğu kimi, 15-20 nəfərlik ev və ya bağ şəraitində şadyanalıq təşkil etmək vərdişini aşılamalıyıq. Axı balacadan böyüyə qədər bütün nəslin, üstəlik iş yoldaşları və ildə bir dəfə salam verdiyin insanlar da daxil hər kəsin toy məclisinə axışmasına nə ehtiyac var? Nədən sadaladığım kimi, 15-20 nəfərlik şadyanalıq təşkil etmək adəti yaratmayaq? Məcburdurmu bir nəfər üçün azı 100-150 manata başa gələn yüz cür təamlarla zəngin 200-500 nəfərlik toy keçirmək? İlk növbədə toya biznes və qazanc kimi baxmaqdan beynimizi xilas etməliyik. Bütün inkişafların ana sütunu şüur və düşüncə dəyişikliyidir. Bacaracayıqmı? – buna inamım çox azdır, lap az..

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri