Ənənədən trendə: Folklorumuzun sosial mediaya sıçraması nəyə gətirəcək?
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
XXI əsrdə texnologiyanın sürətli inkişafı və sosial media platformalarının yüksəlişi folklorun təqdimat və istehlak üsullarını köklü şəkildə dəyişib.
"TikTok", "Instagram" və digər rəqəmsal platformalar sayəsində xalq mahnıları, aşıq musiqisi və ənənəvi rəqslər gənc nəsil arasında daha geniş yayılır və onların yeni, modern versiyaları yaranır.
Bu proses folklorun “canlanması” kimi görünə bilər, lakin eyni zamanda milli kimliyin qorunması baxımından müəyyən risklər də yaradır.
Belə ki, klassik musiqi və söz sənətinin sadələşdirilməsi və ya kommersiyalaşdırılması ənənəvi dəyərlərin itirilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, modernləşmə folkloru müasir auditoriyaya çatdırmaq və milli irsi yeni nəsillərə sevdirmək üçün unikal bir fürsət də təqdim edir.
Folklorun modernizasiyası milli kimlik üçün riskdirmi, yoxsa yenilənmə şansı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən folklorşünas İlhamə Qəsəbova bildirib ki, sosial media platformaları, xüsusilə "Instagram" aşıqlar və xalq musiqisi ifaçıları üçün öz sənətlərini birbaşa auditoriyaya nümayiş etdirməyin ən effektiv yollarından birinə çevrilib:
"Bu vasitələrlə aşıqlar canlı yayımlar edə, toy və tədbirlərdən ifalarını paylaşa və həm reklam, həm də mənəvi dəstək ala bilirlər. Belə platformalar gənc aşıqlar üçün xüsusilə əhəmiyyətlidir, çünki onlar üçün üzə çıxmaq və bacarıqlarını geniş auditoriyaya göstərmək imkanlarını açır".
Onun sözlərinə görə, canlı yayımlar yalnız ifanı göstərmək deyil, həm də ifaçının bilik və məsuliyyətini ortaya qoymaq imkanıdır, tamaşaçılar tərəfindən qiymətləndirilən və bəyənilən hər performans sənətçinin sənətinə verdiyi əhəmiyyəti artırır:
"Bu cür rəqəmsal təqdimatlar sayəsində gənc nəsil arasında aşıq sənəti və xalq musiqisi daha populyar olur, ənənəvi musiqi janrları müasir kontekstdə yenidən doğur".

İlhamə Qəsəbova: İzləyicilər artıq yalnız Azərbaycan xalq musiqisini dinləmir
Həmsöhbətimiz onu da deyib ki, eyni zamanda, sosial media folkloru milli sərhədlərdən çıxararaq beynəlxalq auditoriyaya çatdırır:
"İzləyicilər artıq yalnız Azərbaycan xalq musiqisini dinləmir, Özbək baxşılarının ifalarını, Tuva və Xakas bölgələrinin nəğmələrini də kəşf edə bilirlər. Bu, folklorun həm yerli, həm də beynəlxalq səviyyədə tanınması və paylaşılması üçün unikal bir imkan yaradır. Sosial media yalnız folklorun modernləşdirilməsi və populyarlaşmasına xidmət etmir, həm də gənc ifaçıları təşviq edərək milli musiqi irsinin davamlılığını təmin edir".
Folklorşünas onu da əlavə edib ki, rəqəmsal platformalar folklorun yenilənməsi və yeni nəsillərə çatdırılması üçün əvəzsiz bir vasitə olaraq ön plana çıxır.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 08 Yanvar 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















