Icma.az
close
up
RU
Ənənənin 9 ili əldən ələ gəzən bürünc

Ənənənin 9 ili əldən ələ gəzən bürünc

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında sonuncu medalın sahibi “Araz-Naxçıvan” olub.

İdman.biz xəbər verir ki, Elmar Baxşıyevin yetirmələrinin 3-cü yeri XXXV turda qazanması ilə bürüncün əldən-ələ gəzmə tendensiyası davam edir.

Artıq 9 mövsümdür ki, 3-cü yerin sahibi hər dəfə dəyişir. Bir il əvvəl bürüncə sahib olan “Sabah”ın “üçlük”dəki yerini itirməsi “Araz-Naxçıvan”ın yolunu açıb.

Ardıcıl bürünc medallar qazanan sonuncu komanda “Qəbələ” olub. Bölgə təmsilçisi 2013/14, 2014/15 və 2015/16 mövsümlərində ardıcıl 3 dəfə 3-cü yeri tutub.

“Qırmızı-qaralar” bürünc seriyasına 2016/17 mövsümündə gümüşə qədər yüksəlməklə son qoyub. Amma bürünc sahiblərinin heç də hamısının taleyi eyni olmayıb.

Düzdür, “Qəbələ” 2015/16, “Neftçi” 2017/18 mövsümündəki bürüncü gümüşə çevirib. Amma “İnter”2016/17, “Səbail” 2018/19, “Keşlə” 2019/20, “Sumqayıt” 2020/21, “Zirə” 2021/22, “Neftçi” 2022/23, “Sabah” 2023/24 mövsümündə qazandığı üçüncülükdən sonra mükafatsız qalıb. Son altı ildə də belə tendensiya yaşanıb.

Qeyd edək ki, ümumilikdə 16 fərqli komanda bürünc mükafata sahib çıxıb. “Neftçi” daha çox – 7 dəfə bunu bacarıb. “İnter” və “Keşlə” adları ilə çıxış etmiş “Şamaxı”nın 4, “Qarabağ”la “Qəbələ”nin 3 belə mükafatı var.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri