Energetika Nazirliyində enerji effektivliyinin potensialının qiymətləndirilməsi və hesabatlılıq məsələlərinə dair görüş keçirilib
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Energetika Nazirliyində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Heydər Əliyev adına Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, SOCAR UNİPER MMC, "Azərenerji" ASC, "Azəristiliktəchizat" ASC, “Təmiz Şəhər” ASC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, Ümid Babək Əməliyyat Şirkəti, “bp” şirkəti və “Şahdağ Turizm Mərkəzi” QSC-nin nümayəndələrinin iştirakı ilə elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib.
XQ xəbər verir ki, görüşdə enerji resurslarından səmərəli istifadəyə yönəlmiş enerji effektivliyi tədbirlərinin hazırlanması və icrasını təmin etmək, həmçinin qənaət oluna biləcək enerjinin miqdarının müəyyənləşdirilməsi üçün texniki cəhətdən mümkünlüyü və iqtisadi baxımdan əlverişliliyi nəzərə almaqla effektivlik potensialının qiymətləndirilməsi və bu məqsədlə hesabatların müvafiq qaydada doldurulması məsələləri müzakirə edilib. Energetika nazirinin müavini Elnur Soltanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun və bu qanunun tətbiqi ilə bağlı enerji effektivliyinin potensialının qiymətləndirilməsi qaydalarının əhəmiyyəti barədə danışıb. O, enerji qənaətinin ən böyük enerji mənbələrindən olduğunu vurğulayaraq, enerjidən səmərəli istifadənin ölkəmizin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu baxımdan, enerji effektivliyinə dair hesabatların vacibliyi xüsusi qeyd edilib.
Tədbirdə qiymətləndirmə qaydalarına bağlı meyarlar və hesabatlarda yer alan məqamlar barədə ətraflı fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















