Icma.az
close
up
RU
Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

““Mehdiabad-28 May (HUB)” tramvay xətti Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək”. 

Bunu “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub: 

“Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər. Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. 

Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir”.

Tramvay xətti müsbət təşəbbüs kimi dəyərləndirilsə də, sual yaradan məqamlar da var. 

Belə ki, Bakının ən böyük nəqliyyat sıxlığı məhz əsas giriş-çıxış istiqamətlərində, şimal və cənub dəhlizlərində müşahidə olunur. Cənub istiqamətində Azneft meydanı – Dövlət Bayrağı Meydanı meydanı arasında cəmi 4 kilometrlik məsafədə demək olar ki, günün əksər saatlarında uzun tıxaclar yaranır. 

Şimal istiqamətində isə Sulutəpə – “20 Yanvar” dairəsi arasında 6,5 kilometrlik məsafə şəhərin ən problemli nəqliyyat sahələrindən biri hesab olunur. Bu ərazilər həm şəhərə gündəlik daxil olan minlərlə avtomobilin, həm də ətraf qəsəbələrdən mərkəzə doğru hərəkət edən sərnişin axınının əsas toplanma nöqtələridir. 

Tramvay xətlərinin məhz ən çox tıxac olan bu istiqamətlərə yönəldilməməsi cəmiyyətdə haqlı suallar yaradır. Əgər əsas məqsəd tıxacların real şəkildə azaldılmasıdırsa, niyə tramvay xətləri məhz ən problemli və ən çox yüklənmiş bu əsas giriş-çıxış dəhlizləri üzrə deyil, nisbətən fərqli istiqamətlərə yönəldilir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, tramvay xətti Bakının şimal qəsəbələri ilə şəhər mərkəzi arasında birbaşa və fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır: 

“Bu layihə təkcə yeni nəqliyyat xətti deyil, eyni zamanda paytaxtda ictimai nəqliyyatın inteqrasiyasını gücləndirən strateji addım kimi qiymətləndirilə bilər. Tramvay xətti istifadəyə verildikdən sonra sərnişinlər üçün daha rahat, sürətli və planlı hərəkət imkanı yaranacaq, avtomobildən asılılıq isə mərhələli şəkildə azalacaq. 

Layihənin əsas üstünlüklərindən biri sərnişin mübadiləsinin düzgün qurulmasıdır. Gələcəkdə Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikilməsi, həmçinin “Azadlıq prospekti” metrostansiyası ilə yaxın inteqrasiya tramvayla gələn sərnişinlərin səfərlərini metro və ya dəmir yolu ilə davam etdirməsinə şərait yaradacaq. 

Son dayanacaq kimi nəzərdə tutulan “28 May” nəqliyyat mübadilə mərkəzi isə müxtəlif istiqamətlər üzrə hərəkəti bir nöqtədə birləşdirərək şəhərdaxili və şəhərlərarası əlaqələri daha səmərəli edəcək. 

Bu dəhlizin fəaliyyətə başlaması həmin istiqamətdə gündəlik on minlərlə avtomobil səfərinin azalmasına səbəb olacaq. Bu isə tıxacların yüngülləşməsi, yol hərəkətinin rahatlaşması, vaxt itkisinə və ekoloji çirklənməyə mənfi təsirin azalması deməkdir”. 

Onun fikrincə, ümumiyyətlə, tramvay xətti Bakının nəqliyyat sistemində keyfiyyət dəyişikliyi yarada biləcək, ictimai nəqliyyatı daha cəlbedici edən və şəhərin dayanıqlı inkişafına töhfə verən layihə kimi dəyərləndirilir:

“Tramvay xəttinin bərpası və ya yaradılması ümumilikdə ictimai nəqliyyatın inkişafı baxımından müsbət təşəbbüs kimi qiymətləndirilə bilər. Lakin əsas müzakirə mövzusu ondan ibarətdir ki, layihələrin prioritetləri Bakının real nəqliyyat problemləri ilə nə dərəcədə uzlaşır?”

Onun sözlərinə görə, şəhərdə ən ciddi sıxlıq mərkəzdaxili küçələrdə deyil, məhz əsas giriş və çıxış dəhlizlərində formalaşır və bu amil planlaşdırmada həlledici olmalıdır: 

“Cənub istiqamətində Azneft meydanı ilə Dövlət Bayrağı Meydanı arasında cəmi 4 kilometrlik məsafədə demək olar ki, günün böyük hissəsində hərəkət iflic vəziyyətinə düşür. Bu marşrutda həm mərkəzə daxil olan, həm də şəhərdən çıxan axınlar üst-üstə düşür və alternativ yolların məhdudluğu problemi daha da dərinləşdirir. 

Eyni vəziyyət şimal istiqamətində Sulutəpə ilə “20 Yanvar” ərazisi arasında müşahidə olunur. Təxminən 6,5 kilometrlik bu hissə minlərlə insan üçün gündəlik stress mənbəyinə çevrilib və Bakının ən problemli nəqliyyat zonalarından biri sayılır. Belə şəraitdə tramvay xəttinin harada və hansı məqsədlə salınması əsas sual doğurur. 

Əgər yeni xəttlər tıxacın nisbətən az olduğu mərkəzi hissələrdə qurulacaqsa, bu, ümumi yükü azaltmaqda ciddi effekt verməyə bilər. Əksinə, əsas giriş-çıxış dəhlizlərini hədəfləyən, metro və avtobus xətləri ilə inteqrasiya olunan tramvay marşrutları real rahatlıq yarada və şəxsi avtomobildən istifadəni azalda bilər. 

Nəticə etibarilə, tramvay ideyasının özü deyil, onun tətbiq məntiqi və marşrut seçimi həlledici rol oynayır. Bakı üçün əsas məqsəd vizual və simvolik layihələr deyil, gündəlik tıxacdan əziyyət çəkən minlərlə sürücü və sərnişinin problemini həqiqətən yüngülləşdirən həllər olmalıdır. Bu baxımdan, nəqliyyat layihələri şəhərin ən ağrılı nöqtələrinə fokuslanmadan gözlənilən effekti verməyəcək”. 

Ekspert qeyd edib ki, əgər məqsəd doğrudan da tıxacların azalmasıdırsa, tramvay xətlərinin planlaşdırılması ilk növbədə ən çox nəqliyyat yüklənməsi olan əsas giriş-çıxış dəhlizləri üzərində qurulmalı idi: 

“Çünki tıxac problemi əsasən məhz bu istiqamətlərdə yaranır və hər gün minlərlə insanın vaxt itkisinə səbəb olur. Nisbətən az yüklənmiş və ya alternativ marşrutlara tramvay çəkilməsi isə problemin kökünə toxunmur, sadəcə vizual olaraq ictimai nəqliyyatın inkişafı görüntüsünü yaradır.

Əsas magistrallarda tramvay xəttinin olmaması avtomobildən ictimai nəqliyyata real keçidi də stimullaşdırmır. İnsanlar tıxacın ən çox olduğu yerlərdə rahat və sürətli alternativ görmədikcə, şəxsi avtomobildən imtina etmirlər. 

Bu halda tramvay mövcud nəqliyyat axınını azaltmaq əvəzinə, əlavə infrastruktur yükünə çevrilir və gözlənilən effekti vermir. Belə yanaşma planlamanın real nəqliyyat ehtiyaclarına deyil, daha çox texniki rahatlığa və ya vizual layihələndirməyə əsaslandığını göstərir. 

Halbuki effektiv nəqliyyat siyasəti çətin olanı seçməyi, yəni ən problemli nöqtələrə müdaxilə etməyi tələb edir. Əks halda, tramvay xətləri tıxacların həlli aləti yox, sadəcə alternativ nəqliyyat layihəsi kimi qalır və şəhər sakinlərinin gündəlik problemlərini köklü şəkildə azaltmır”.  

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: tramvay Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri