Icma.az
close
up
RU
Energetika sahəsində özəlləşmə prosesinə aydınlıq gətirilib

Energetika sahəsində özəlləşmə prosesinə aydınlıq gətirilib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Enerji resurslarının istismar, hasilat və nəql xərcləri var və bunlar hələ ki, indiki tariflərlə üst-üstə düşür.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə bildirib.

Elşən Hacızadə deyib ki, böyük qurumlar var, məsələn, onlardan “Azərişıq”-ın bugünkü tariflərlə rentabelliyi çox azdır: “Ona görə də gərək bu istiqamətdə də işlər aparaq. Deyildi ki, niyə özəlləşdirməyə gedilmir? Birincisi, Milli Məclisə təşəkkür etmək lazımdır ki, energetika sahəsində yaxın illərdə çox böyük qanunlar qəbul edib. Bunlar “Energetika haqqında”, , “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Bərpa olunan enerji mənbələri haqqında” və “Enerji effektivliyi haqqında” yeni qanunlardır. Bu yaxınlarda da “Tənzimləyici haqqında” qanun layihəsi parlamentə daxil olacaq. Yeni qanunlarla bağlı enerji sistemində institusional dəyişikliklər gözlənilir. Həmin dəyişikliklər bu sahədə özəlləşmənin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu gün də imkan var ki, elektrik stansiyalarının həm özəlləşməsi, həm də yeni elektrik stansiyalarının tikintisi ilə bağlı yeni investorlar ola bilər. Bizdə “Masdar” şirkətinin ənənəsi var. İndi də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti elektrik stansiyası tikir. Bizdə belə 2 geqabaytlıq layihələr var. Ancaq bunlar hamısı xarici investorlarındır. Daxili investorlar da yaranacaq, onlar da bu sistemə qoşulacaq. Beləliklə, özəlləşmə dərinləşəcək və rəqabət mühiti də güclənəcək. Tariflərdə də bir optimallaşma və bizə adekvat tariflər olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Mart 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri