Icma.az
close
up
RU
“Energy Talks” layihəsi çərçivəsində SDU da seminar keçirilib FOTOLAR

“Energy Talks” layihəsi çərçivəsində SDU da seminar keçirilib FOTOLAR

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində növbəti seminarı Sumqayıt Dövlət Universiteti (SDU) ilə birgə təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə EMTA-nın nümayəndələri, SDU-nun rəhbərliyi, professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak ediblər.

Seminarda salamlama nitqi ilə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov “Energy Talks” layihəsi çərçivəsində tədbirin bu ali təhsil ocağında artıq ikinci dəfə keçirildiyini bildirib. O, bu tədbirlərin energetika sahəsində baş verən ən son yeniliklər barədə məlumatlılığın artırılması, energetika sahəsində təhsil alan tələbələrin bu sahədə biliklərinin möhkəmləndirilməsi, eləcə də maraq doğuran mövzular ətrafında müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

EMTA-nın Mətbuat sektorunun müdiri-mətbuat katibi Zeynab Kazımova “Energy Talks” layihəsi barədə qısa məlumat verərək, layihə çərçivəsində ötən dövr ərzində onlayn və üzbəüz formatda olmaqla, həm Bakıda, həm də Azərbaycanın regionlarında energetika sahəsi üzrə ixtisaslarda kadr hazırlığı aparan universitetlərlə seminarların uğurla keçirildiyini bildirib.

Seminar Agentliyin Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyevin “Elektroenergetika sektorunun liberallaşdırılması üzrə beynəlxalq təcrübə”, Enerji effektivliyi departamentinin direktor müavini, Layihələrlə iş sektorunun müdiri Şahin Məhərrəmlinin “Enerji effektivliyi fondunun fəaliyyəti” və Dövlət proqramları və strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Lətifovanın “Elektroenergetika sektoruna ümumi baxış” mövzularında təqdimatları ilə davam edib.

Seminar zamanı, həmçinin SDU-nun professor-müəllim heyəti və tələbələrini maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri