Icma.az
close
up
RU
“Energy Talks” layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib

“Energy Talks” layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 12 iyun, Elcan Məmmədov, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə onlayn seminar təşkil edilib.

Tədbirdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, ADAU-nun rektoru Zəfər Qurbanov, eləcə də Agentliyin nümayəndələri, Universitetin professor-müəllim heyəti, tədqiqatçılar, magistr və bakalavr tələbələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Agentliyin “Energy Talks” layihəsi barədə danışaraq, layihə çərçivəsində ali təhsil ocaqları, xüsusilə energetika sahəsi üzrə ixtisaslarda kadr hazırlığı aparan universitetlərlə əməkdaşlıqda birgə tədbirlərin həyata keçirildiyini bildirib. Hər bir sahədə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyən Samir Axundov Azərbaycanın gələcək inkişafında gəncliyin rolundan söz açıb. O, ADAU-nun məzunlarının gələcəkdə ölkəmizin energetika sahəsində uğurlarına öz töhfələrini verəcəklərinə inamını ifadə edib. Agentlik əməkdaşlarının təqdimatlarının iştirakçılar tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirən Samir Axundov bu ilk tədbirin nəticəsi olaraq ADAU ilə əməkdaşlığın davamlı olmasını arzu edib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın ADAU ilə birgə təşkilinə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə bağlı danışan rektor Zəfər Qurbanov bu ali təhsil ocağında digər ixtisaslarla yanaşı, energetika üzrə bakalavr və magistratura səviyyəsində kadr hazırlığı aparıldığını bildirib. Rektor ADAU-nun beynəlxalq əlaqələrindən, eləcə də universitetdə professor-müəllim heyəti, tələbələr üçün yaradılan maddi-texniki imkanlardan söz açıb.

Tədbirdə EMTA-nın və ADAU-nun fəaliyyəti haqqında qısa videoçarxlar nümayiş etdirilib.

Seminar Agentliyin Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyevin “Yaşıl enerjiyə keçid: Enerji bazarında islahatlar” və Dövlət proqramları və strateji inkişaf şöbəsinin müdiri Rüstəm Mirzəlizadənin “Enerji səmərəliliyi: Kənd təsərrüfatında bioqazdan istifadə imkanları” mövzusunda təqdimatları ilə davam edib.

Sonda müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri