“AHİK Plus” layihəsi çərçivəsində AƏSMA da infosessiya keçirilib FOTOLAR
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni istifadəyə verdiyi “AHİK Plus” layihəsi çərçivəsində Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) maarifləndirmə məqsədilə infosessiya təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə AHİK-in, onun üzv və tabe təşkilatlarının nümayəndələri, Akademiyanın kollektivi iştirak edib.
İnfosessiya zamanı “AHİK Plus” layihəsinin mahiyyəti, məqsədi, tətbiqi mexanizmləri və üzvlərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Layihənin həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsinə, onlara əlavə üstünlüklərin yaradılmasına xidmət etdiyi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.
Qeyd edək ki, “AHİK Plus” layihəsi çərçivəsində həmkarlar ittifaqları üzvləri müxtəlif xidmət və məhsullar üzrə bonuslar, endirimlər və xüsusi güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















