Icma.az
close
up
RU
Enerji ilə güclənən Vətən və yaşıl gələcəyə ucalan Azərbaycan

Enerji ilə güclənən Vətən və yaşıl gələcəyə ucalan Azərbaycan

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugünkü tədbir təkcə enerji sərgisi deyil. Bu Azərbaycanın beynəlxalq müstəvidə yüksəlişinin, milli iradəsinin, strateji baxışının və qlobal məsuliyyətinin rəmzidir. Biz bu gün burada toplaşaraq bir daha şahidlik edirik ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil enerji siyasətində yeni çağın müəllifidir. Tariximizin dönüm nöqtəsi olan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan nəinki iqtisadi müstəqilliyini, həm də qürurlu dövlət gələcəyini təmin etdi. Bu baxışın memarı Ulu Öndər Heydər Əliyev, davamçısı isə bu gün bizə güvən və sabitlik gətirən cənab Prezidentimiz İlham Əliyevdir. Prezident İlham Əliyev iyunun 2-də keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və “Baku Energy Forum”un açılışında bir daha bəyan etdi:“Bu gün bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.” Bu sözlər sadəcə siyasi bəyanat deyil. Bu, rəqəmlərlə, nəticələrlə və beynəlxalq etibarla təsdiq olunmuş bir həqiqətdir. Bugün Azərbaycan ÜDM-də neft və qazın 30 faizdən artıq paya malik olduğu, xarici borcu ÜDM-in cəmi 7 faizini təşkil edən, maliyyə ehtiyatları borcunu 14 dəfə üstələyən bir ölkədir. Yoxsulluq 5 faizə düşüb, savadlılıq səviyyəsi isə 100 faizdir. Bunlar bir dövlətin öz resursuna sahib çıxmasının, onu xalqın rifahına çevirməsinin canlı sübutudur. Həm də bu gün biz təkcə iqtisadi gücümüzlə deyil, mənəvi məsuliyyətimizlə də seçilirik. Biz nəinki öz enerji təhlükəsizliyimizi təmin etmişik, eyni zamanda 12 ölkəyə təbii qaz ixrac edərək Avrasiyanın enerji xəritəsini dəyişmişik. Bu, həm də sülh ixracı, sabitlik ixracı və tərəfdaşlıq siyasətidir. “Bakı Enerji Həftəsi” artıq dünya enerji gündəmində mühüm hadisə, qlobal sənaye liderlərinin görüş platformasıdır. 267 şirkət, 39 ölkə bu həftədə iştirak edir. Bu isə Azərbaycanın etibarlı tərəfdaş, güclü dövlət və açıq əməkdaş platforması olduğunu bir daha təsdiqləyir. Amma bu uğurlar təkcə keçmişin yox həm də  gələcəyin də inşası üçündür. Bəli, Azərbaycan neft ölkəsidir. Amma bu gün Azərbaycan həm də yaşıl enerjiyə keçidi qarşısına strateji məqsəd qoymuş, qlobal miqyasda ekoloji məsuliyyət daşıyan bir ölkədir. Biz COP29-a ev sahibliyi etməklə dünyaya göstərdik ki, enerji siyasəti yalnız hasilat və ixracat deyil. Bu, qayğı, məsuliyyət, gələcək nəsillərə borc məsələsidir. Cənab Prezident İlham Əliyev COP29-un mahiyyətini belə ifadə edir: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Hədəflərimiz real və praqmatik idi.” Bu səmimi və açıq siyasət sayəsində bu gün 6,5 giqavatlıq yaşıl enerji istehsalı gücü, bərpaolunan mənbələrə böyük sərmayələr, qaza qənaət və onun ixraca yönəldilməsi  artıq reallaşmaqda olan hədəflərdir. Bu, Azərbaycanın sadəcə alternativ enerji axtaran deyil, yaşıl enerjiyə yol göstərən lider dövlət olduğunu sübut edir. COP29 zamanı qəbul edilən qərarlar isə sadəcə diplomatik qələbə deyil, bəşəriyyətin gələcəyinə ümid olan qərarlardır. İtki və Zərər Fondu təsis olundu, yardım məbləği 100 milyarddan 300 milyard dollara yüksəldi, karbon bazarı ilk dəfə işlək vəziyyətə gətirildi, inkişaf etməkdə olan ada dövlətlərinə yardım paketi elan olundu. Cənab Prezident İlham Əliyev bu barədə qürurla dedi:“Biz Qlobal Şimal və Cənub arasında körpü qurduq. Bu körpü etimadın körpüsüdür.” Bəli, Azərbaycan bu gün təkcə enerji hasil edən yox, səmimiyyət hasil edən, güvən ixrac edən və sabahı inşa edən bir dövlətdir. Enerji siyasəti artıq qlobal siyasətin nüvəsinə çevrilib. Bu nüvədə yer alan Azərbaycan böyük tarix, böyük vizyon və böyük liderliklə irəliləyir. Biz neftdən gəlir yox, gələcək qurduq. Biz qazdan sərvət yox, sabitlik yaratdıq. Və bu gün biz yaşıl enerjidən ümid, sabah və təhlükəsiz gələcək inşa edirik. Azərbaycan enerji ilə güclənən, ədalətlə yüksələn, yaşıl gələcəyə doğru irəliləyən gələcəyin dövlətidir. Bəli, Azərbaycan bu gün həm enerji ixrac edir, həm də güvən, ədalət, vicdan ixrac edir. Yaşıl enerji – bu, sadəcə texnologiya deyil, bu, yeni təfəkkür tərzidir. Bu, Azərbaycanın dünyaya etdiyi çağırışdır. “Caspian Power” sərgisində nümayiş olunan günəş, külək, geotermal və alternativ texnologiyalar – bu sərginin arxasında bir ideya dayanır: təbiətlə müharibə aparmadan inkişaf mümkündür. Azərbaycan bu gün enerji ilə dünyanı birləşdirir, yaşıl enerji ilə gələcəyə yol göstərir, COP29 ilə tarix yazır. Bu yolun adı “Bakı sıçrayışı”dır. Yalnız texnoloji deyil, həm də mənəvi sıçrayışdır – səmimiyyətin, məsuliyyətin və dövlətçilik iradəsinin sıçrayışıdır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri