Icma.az
close
up
RU
Yaşıl gələcəyə təmiz enerji ilə

Yaşıl gələcəyə təmiz enerji ilə

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi və Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 26 Yanvar – Beynəlxalq Təmiz Enerji Gününü təsis edən qətnaməsinə uyğun olaraq təşkil olunan dəyirmi masanın açılış sessiyasında energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitenin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, İƏT TEM-in icraçı direktoru xanım Aysel Yaqubova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov və BMT-nin Azərbaycanda müvəqqəti rezident koordinatoru İqor Qarafuliç çıxış ediblər.

“Bərpa olunan enerjinin tətbiqinin sürətləndirilməsi üçün təmiz enerjiyə keçid və regional əməkdaşlıq modelləri” mövzusunda panel sessiyasında energetika nazirinin müavini Elnur Soltanov, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yaşıl Dəhliz Alyansının baş direktoru Tural Əliyev, COP29 Azərbaycan gənclər üzrə iqlim çempionu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova çıxış ediərək fikir və mülahizələrini bölüşüblər.

Dəyirmi masa çərçivəsində Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Azərbaycanın enerji strategiyası” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Arif Həşimov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bu mövzuda fikirlərini bölüşüblər.

Sonda İƏT TEM-in təşkilatçılığı ilə keçirilmiş regional Hakatonun qalibləri mükafatlandırılıb. Xatırladaq ki, sözügedən mükafat Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 16-35 yaş arası gənclər üçün nəzərdə tutulub və rəqəmsal, məlumat əsaslı enerji həllərinə fokuslanıb. İştirakçılar enerji səmərəliliyi, rəqəmsal maarifləndirmə və təmiz enerji siyasətinin dəstəklənməsi mövzularında 200-dən çox layihə təqdim ediblər. Beynəlxalq münsiflər heyətinin qərarı ilə 1-ci yeri Daşkənd İnformasiyalar və Texnologiyalar Universitetinin tələbələri Feruzbek Bakoev və Bobir Abdullayevdən ibarət olan komanda, 2-ci yeri Baki Ali Neft Məktəbinın tələbəsi Gülay Nəzərova, 3-cü yeri isə Nazarbayev Universtetinin tələbəsi Erlan Dosbol qazanıb.

Bununla yanaşı, Türkiyə nümayəndəsi Ahmet Erer təmiz enerji siyasətlərinin təhlili üzrə ən yaxşı rəqəmsal vasitə, Pakistan təmsilçisi Raza Ur Rehman enerji səmərəliliyi və davranış dəyişikliyi üzrə tətbiq oluna bilən ən yaxşı texnoloji ideya və Qırğızıstandan olan Altınbek Bakasov enerji şəffaflığı üzrə ən yaxşı texniki həll nominasiyalarının qalibləri seçiliblər. Azərbaycan təmsilçisi Elgün Rzayevin “Weather Sync Smart Heat” layihəsi isə BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən xüsusi olaraq fərqləndirilib. Layihə Beynəlxalq Vyana Enerji və İqlim Forumunda təqdim olunacaq.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Təmiz Enerji Mərkəzi İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən, Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsi çərçivəsində yaradılmış regional təşkilatdır. Bakı şəhərində yerləşən İƏT TEM-in əsas missiyası regionda təmiz enerjinin inkişafını təşviq etmək, investisiya layihələrini dəstəkləmək, maliyyə və texniki resursları səfərbər etmək və regional əməkdaşlıq yolu ilə iqlim fəaliyyətini gücləndirməkdir.

2021-ci ildə qurumun nizamnaməsi qəbul edilib və UNIDO tərəfindən ölkəmiz İƏT TEM-ə ev sahibi seçilib. İƏT-in 2025-ci ilin iyul ayında Azərbaycanın Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün kommunikesində mərkəzin yaradılması prosesinin yekunlaşdırılması alqışlanıb. Ötən ilin dekabr ayında Azərbaycan Respublikası Hökuməti ilə İƏT TEM arasında ev sahibi ölkə sazişi imzalanıb. UNIDO-nun Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq mərkəzin əsas missiyası İƏT regionu üzrə təmiz enerjiyə keçidi və dayanıqlı sənaye inkişafını dəstəkləmək məqsədilə biliklərin, texnologiyaların və regional əməkdaşlığın səfərbər edilməsidir. Ümumilikdə, İƏT TEM-in fəaliyyətə başlaması transformativ və inklüziv enerji həllərinə sadiqliyi nümayiş etdirir. Müasir texnologiyaların inteqrasiyası, regional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq dəstəyin səfərbər edilməsi vasitəsilə bu təşəbbüslər qlobal bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi ilə yanaşı, hamı üçün ədalətli və dayanıqlı nəticələrin təmin olunması potensialına malikdir.

M.YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri