Icma.az
close
up
RU
Enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələrinin ictimai müzakirəsi olub

Enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələrinin ictimai müzakirəsi olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Energetika Nazirliyi tərəfindən hazırlanmış 11 texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, texniki reqlament layihələri bunlardır: “Soyuducu avadanlıqların enerji etiketlənməsinə dair”, “Soyuducu avadanlıqlara ekodizayn tələblərinə dair”, “Kondisionerlər və komfort ventilyatorlar üçün ekodizayn tələblərinə dair”, “Kondisionerlərin enerji etiketlənməsinə dair”, “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmlərinin enerji etiketlənməsi haqqında”, “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmləri üçün ekodizayn tələbləri haqqında”, “Bişirmə sobalarının və havalandırma sistemlərinin enerji etiketlənməsi haqqında”, “Bişirmə sobaları, plitələr və havalandırma sistemləri üçün ekodizayn tələbləri haqqında”, “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların ekodizayn tələblərinə dair”, “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların enerji etiketlənməsinə dair” və “Tozsoranlar üçün ekodizayn tələbləri haqqında”.

Tədbirdə KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə çıxış ediblər.

Çıxışlar zamanı texniki reqlament layihələrinin mahiyyəti və tətbiqi mexanizmləri izah olunub, ölkədə enerji səmərəliliyinin artırılması, resursların qənaətli istifadəsinin təşviqi və ekoloji dayanıqlılığın gücləndirilməsi baxımından vacibliyi diqqətə çatdırılıb. Habelə sahibkarların ictimai dinləmə və müzakirələrdə aktiv iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.

Tədbir çərçivəsində Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin əməkdaşı Orxan Məmmədli tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və digər vacib məqamlara dair təqdimat nümayiş etdirilib.

Görüşün sonunda sual-cavab sessiyası keçirilib, iştirakçıların texniki reqlament layihələri ilə bağlı rəy və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 33 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri