Icma.az
close
up
RU
Ətriyyat kosmetika məhsulları, sintetik yuyucu vasitələr və tütün məmulatlarına dair reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Ətriyyat kosmetika məhsulları, sintetik yuyucu vasitələr və tütün məmulatlarına dair reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Ətriyyat-kosmetika məhsullarının təhlükəsizliyi haqqında”, “Sintetik yuyucu vasitələrin və məişət kimyası mallarının təhlükəsizliyi haqqında”, “Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış ediblər.

Çıxışlar zamanı sözügedən mal qrupları üzrə keyfiyyət və təhlükəsizlik tələblərinin beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçı məmnunluğunun artırılması, həmçinin sahibkarlıq subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində texniki reqlamentlərin əhəmiyyəti vurğulanıb. Bundan əlavə, maraqlı tərəflər ictimai dinləmə və müzakirələrdə fəal iştiraka və öz təkliflərini səsləndirməyə dəvət ediliblər.

Tədbir çərçivəsində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Teymur Teymurov tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş etdirilib.

Görüşün sonunda keçirilən sual-cavab sessiyası aktiv müzakirələrlə davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 33 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində  ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri