Icma.az
close
up
RU
Dörd texniki reqlament layihəsinin ictimai müzakirəsi keçirilib

Dörd texniki reqlament layihəsinin ictimai müzakirəsi keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanmış “Avtomobil və aviasiya benzinləri, dizel, gəmi və reaktiv mühərrik yanacaqları və mazuta dair tələblər haqqında”, “Yanacaq kimi istifadə üçün mayeləşdirilmiş karbohidrogen qazlarına dair tələblər haqqında”, “Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış “Daşınma və (və ya) istifadə üçün hazırlanmış təbii yanar qazın təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev çıxış ediblər.

Çıxışlar zamanı sözügedən texniki reqlament layihələrinin yerli bazarda məhsulların təhlükəsizliyi və keyfiyyətinin artırılması, istehlakçı hüquqlarının müdafiəsi, həmçinin sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində yaratdığı imkanlar vurğulanıb. Eyni zamanda sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirak etməsi və texniki reqlamentlərlə bağlı fikirlərini bölüşməsi üçün çağırış edilib.

Tədbir çərçivəsində Energetika Nazirliyinin sektor müdiri Elçin Abdulla və Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin şöbə rəisi Eldar Əhmədov tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş etdirilib.

Görüşün yekununda baş tutan sual-cavab sessiyası fəal müzakirələrlə müşayiət olunub, iştirakçıların rəy və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə hazırda 33 texniki reqlament layihəsi Agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri