Icma.az
close
up
RU
Enerji savaşında balans dəyişir Ekspert rəqəmlərlə danışdı

Enerji savaşında balans dəyişir Ekspert rəqəmlərlə danışdı

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib".

Sherg.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir: "Bəs, boru kəməri vasitəsi ilə hansı ölkələr necə dövlətə qaz ixrac edirlər?

Azərbaycan ilə yanaşı boru kəməri ilə təbii qaz ixrac edən əsas ölkələr Rusiya, Norveç, Əlcəzair, Kanada və ABŞ-dir. Rusiyanın təbii qaz ixrac etdiyi ölkələrin sayında Ukrayna müharibəsindən sonra kəskin azalma müşahidə edilib. 2019-cu ildə 37 ölkəyə öz təbii qazını satan Rusiyanın bu sahədə tərəfdaşları indi birrəqəmlidir.

Norveç, əsasən, Gassco tərəfindən idarə olunan boru kəməri şəbəkəsi vasitəsilə Avropanın 7 ölkəsinə təbii qaz ixrac edir. Norveç qazının əsas alıcıları Almaniya, Birləşmiş Krallıq, Belçika, Fransa və Danimarkadır".

Deputat bildirib ki, Əlcəzair, əsasən Avropaya təbii qaz tədarük edən əsas ixracatçı ölkədir və əsas istiqamətləri İtaliya, İspaniya və Fransadır: "Əsas boru kəməri müqavilələri İtaliya və İspaniyaya yönəlib. Kanadanın təbii qazının demək olar ki, hamısı boru kəməri vasitəsilə bir ölkəyə, yəni ABŞ-ə ixrac olunur ki, bu da onun ümumi ixracının 99%-dən çoxunu təşkil edir.

ABŞ-də isə ixrac daha çox LNG üzrə formalaşıb. Boru kəməri vasitəsi ilə daha çox ölkələrin enerji təhlükəsizliyinə töhvə verən Azərbaycanda qaz hasilatı artmaqdadır və növbəti illərdə də bu dinamikanın davam edəcəyi gözlənilir. Belə ki, 2025-ci ildə ölkəmizdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr çoxdur. Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Qaz ixracının 12,8 milyard kubmetri Avropanın payına düşüb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri