Icma.az
close
up
RU
Enerji təhlükəsizliyi sual altındadır POLİTOLOQ DANIŞDI

Enerji təhlükəsizliyi sual altındadır POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Avropa Siyasi Birliyinin Albaniyada keçirilən 6-cı zirvə toplantısı mühüm bir mərhələni təmsil edir. Üzv dövlətlər bir yerə toplanaraq ortaq maraqları, ortaq çağırışları müzakirə etdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, burada əsasən təhlükəsizlik maraqları, enerji təchizatı və enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı çağırışlar, iqtisadi əməkdaşlıq və iqtisadi maraqlar sahəsində məsələlər müzakirə olundu. Azərbaycanın bu tədbirə dəvət olunması olduqca mühüm əhəmiyyət daşıyır və bu, sadəcə protokol xarakterli deyil.

Bu gün dəyişən dünya düzənində, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda, Avropaya gedən iqtisadi, ticari və nəqliyyat yolları demək olar ki, iflic vəziyyətinə düşüb. Enerji təhlükəsizliyi sual altındadır. Ümumilikdə isə Avropanın təhlükəsizlik məsələsi ciddi şəkildə gündəmdədir".

Politoloq qeyd edir ki, belə bir şəraitdə Azərbaycanın regional səviyyədə artan nüfuzu fonunda tədbirə dəvət olunması olduqca əhəmiyyətlidir: "Çünki bu gün Azərbaycan 10 Avropa ölkəsinə – onlardan 8-i Avropa İttifaqının üzvüdür – enerji təhlükəsizliyi sahəsində böyük töhfə verir.

Azərbaycan təhlükəsiz nəqliyyat və kommunikasiya xətləri baxımından Şərqlə Qərb arasında mühüm keçid rolunu oynayır. Həmçinin Avropanın iqtisadi maraqları, eləcə də Çin və Orta Asiya ilə bağlı maraqları baxımından da ölkəmiz önəmli töhfələr verir. Bundan əlavə, iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın dünyaya verdiyi töhfələr də nəzərəçarpacaqdır. COP29-un Azərbaycanda keçirilməsi və həmin tədbirdə qəbul olunmuş qərarlar iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın mühüm rolunu göstərir" - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri