Icma.az
close
up
RU
“Ağdamda həyat yenidən qurulur” POLİTOLOQ DANIŞDI

“Ağdamda həyat yenidən qurulur” POLİTOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam səfəri – regionun dirçəldilməsi və xalqın rifahı naminə növbəti əhəmiyyətli addımıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, 24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər ediblər. Bu səfər təkcə inzibati xarakterli görüş deyil, azad edilən ərazilərin bərpası və sosial–iqtisadi inkişaf strategiyasının praktik təzahürü kimi böyük əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində dövlət başçısı Ağdamda ikinci yaşayış kompleksinin açılışında iştirak edib və yeni mənzillərin açarlarının sakinlərə təqdim olunması mərasimində iştirak edib. Bu kompleks məcburi köçkün ailələri üçün yaradılmışdır və onların öz doğma torpaqlarına qayıdışının tərkib hissəsi kimi dəyərləndirilir.

Prezident çıxışında vurğulayıb ki, bu layihə yalnız sosial mənada deyil, həm də azad edilmiş ərazilərdə davamlı yaşayış mühitinin yaradılması istiqamətində mühüm addımdır. Ağdamda həyatın yenidən canlanması və insanlar üçün rahat şərtlərin yaradılması dövlətin bu istiqamətdə davamlı diqqətinin göstəricisidir.

Səfər həm də regionun sosial bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Təxminən 104 ailənin bu yeni kompleksə köçəcəyi bildirilib ki, bu da ərazilərdə normal həyatın bərpası prosesinin aktiv getdiyini göstərir.

Bu səfər, Azərbaycanın azad edilmiş torpaqlarda geniş miqyaslı bərpa və infrastruktur layihələrini davam etdirdiyini göstərməsi baxımından da əhəmiyyətlidir. Prezidentin səfəri zamanı yerli sakinlərlə görüşlər keçirilib, onların fikirləri dinlənilib və rahat yaşayış şəraitinin təmin olunması istiqamətində dövlətin prioritetləri bir daha təsdiqlənib.
Prezident İlham Əliyevin Ağdam səfəri regionun yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qaytarılması və sosial rifahın təmin olunması üzrə ardıcıl siyasətin davam etdirildiyini açıq şəkildə nümayiş etdirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri