Icma.az
close
up
RU
Enerjidən təhsilə uzanan Azərbaycan İtaliya strateji tərəfdaşlığı RƏY

Enerjidən təhsilə uzanan Azərbaycan İtaliya strateji tərəfdaşlığı RƏY

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə, sadəcə, ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də regional və qlobal müstəvidə strateji əməkdaşlıq modelinə çevrilib. İki dövlətin prezidentlərinin son görüşləri, imzalanmış sənədlər və həyata keçirilən layihələr göstərir ki, tərəflər münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, Azərbaycan-İtaliya diplomatik münasibətləri 1992-ci ildən mövcuddur. Lakin əlaqələrin həqiqi inkişafı Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya etdiyi səfərdən sonra başlayıb. Bu ənənə Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu ilə davam etdirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış çoxsaylı sənədlər münasibətlərin dinamikasına yeni təkan verib. Təkcə 2020-ci ilin fevralında Romada imzalanmış sazişlərin siyasi, iqtisadi, mədəni və hərbi sahələri əhatə etməsi bunun bariz nümunəsidir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ikinci rəsmi səfəri isə dialoqun davamlılığını və siyasi iradənin sabitliyini bir daha nümayiş etdirdi.

M.Məmmədlinin sözlərinə görə, Azərbaycanın enerji diplomatiyası ilə İtaliyanın bazar imkanlarının və Avropadakı mövqeyinin üst-üstə düşməsi ikitərəfli əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Trans-Adriatik Qaz Kəməri (TAP) və ümumilikdə Cənub Qaz Dəhlizi layihələri bunun ən parlaq nümunəsidir. Bu gün Azərbaycan qazı İtaliya vasitəsilə Avropanın 14 ölkəsinə ixrac olunur. 2024-cü ildə ölkələr arasındakı ticarət dövriyyəsi 11-16 milyard dollar aralığında dəyişib və Azərbaycanın əsas xarici tərəfdaşı kimi məhz İtaliyanı önə çıxarıb.

İtaliya Azərbaycanın neft balansında birinci, qaz balansında isə ikinci yerdədir. Bu göstəricilər təkcə iqtisadi maraqların deyil, həm də qarşılıqlı etimadın nəticəsidir. Azərbaycanın qaz ixracını yaxın illərdə 20 milyard kubmetrə qədər artırmaq planı isə əməkdaşlığın miqyasını daha da böyüdəcək.

“İtaliya şirkətləri Azərbaycanın sənaye və infrastruktur layihələrində aktiv iştirak edir. Sumqayıt Kimya Sənaye Parkında ortaq müəssisənin yaradılması, istilik elektrik stansiyalarının bərpası, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” və sənaye parklarının qurulmasında İtaliya təcrübəsinin tətbiqi ikitərəfli əməkdaşlığın yeni istiqamətləridir. Bu fəaliyyət təkcə iqtisadi mənfəət deyil, həm də texnoloji təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir”, - deyə deputat vurğulayıb.

O deyib ki, münasibətlərin ən mühüm yeniliklərindən biri İtaliya-Azərbaycan Universitetinin yaradılmasıdır. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə oktyabrın 1-də Bakıda Universitetin ilk tədris korpuslarının açılışı olub. İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər yalnız bilik deyil, həm də iki ölkə arasında mədəniyyətlərarası körpünün daşıyıcısına çevriləcəklər. Eyni zamanda, İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri və digər humanitar layihələr xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır.

“Azərbaycan-İtaliya münasibətləri ikitərəfli əməkdaşlıq çərçivəsini çoxdan üstələyib. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinə, Cənubi Qafqazda sabitliyə və beynəlxalq iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfə verir. Görünən odur ki, enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar sahə, sənaye və texnologiya sahələrində də güclənərək daha dayanıqlı xarakter alıb. Azərbaycan və İtaliya strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə həm ikitərəfli, həm də qlobal miqyasda nümunəvi əməkdaşlıq modelini formalaşdırır”, - deyən Müşfiq Məmmədli fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri