Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Enerjidən strateji tərəfdaşlığa

Enerjidən strateji tərəfdaşlığa

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal enerji məkanında Azərbaycanın yeni rolu

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək Azərbaycanın son onilliklər ərzində keçdiyi tarixi inkişaf yoluna, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunan mühüm nailiyyətlərə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yaranmış yeni siyasi reallıqlara, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə və qarşıda dayanan dövlətçilik vəzifələrinə ətraflı nəzər saldı. Dövlət başçısının diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də Azərbaycanın enerji potensialı və bu sahədə qarşıda duran vəzifələr oldu. Neft və qaz ehtiyatlarından səmərəli istifadə, yeni müqavilələr, enerji marşrutlarının genişləndirilməsi, Avropanın enerji təhlükəsizliyinə verilən töhfə və yaşıl enerjiyə keçid ölkənin gələcək inkişafının mühüm istiqamətləri kimi təqdim edildi.

Azərbaycanın enerji tarixinin bugünkü mərhələsini yalnız hasil olunan neftin və qazın həcmi ilə izah etmək mümkün deyil. Məsələnin mahiyyəti daha genişdir. Müstəqilliyin ilk illərində ölkənin qarşısında duran əsas məsələlərdən biri zəngin təbii sərvətləri milli inkişafın real mənbəyinə çevirmək idi. Lakin bunun üçün təkcə yataqların mövcudluğu kifayət etmirdi, xarici kapitala çıxış, texnologiya, siyasi sabitlik, beynəlxalq tərəfdaşlıq və enerji resurslarının dünya bazarlarına çatdırılması üçün müasir infrastruktur tələb olunurdu. 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan enerji strategiyasının əhəmiyyəti məhz burada üzə çıxır. “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq tərəfdaşlıq əsasında işlənməsinə yol açmaqla yanaşı, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Bu addımın nəticəsi yalnız maliyyə gəlirləri ilə məhdudlaşmadı. Azərbaycan enerji istehsal edən ölkədən enerji layihələrinin qurulmasında və regional marşrutların formalaşmasında iştirak edən dövlətə çevrilməyə başladı.

Sonrakı illərdə həmin strategiyanın məntiqi davamı olaraq hasilat imkanları ilə ixrac infrastrukturu arasında vahid sistem yaradıldı. Enerjinin istehsal edilməsi qədər onun təhlükəsiz və etibarlı şəkildə istehlakçı bazarlarına çatdırılması da vacib idi. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və digər layihələr məhz bu ehtiyacın nəticəsi kimi meydana çıxdı. Beləliklə, Xəzər hövzəsində yerləşən Azərbaycan öz resurslarını dünya bazarlarına çıxaran marşrutların mühüm halqasına çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sahəsində formalaşmış bu imkanlar daha geniş iqtisadi və dövlətçilik məqsədləri ilə əlaqələndirildi. Enerji gəlirlərinin yaratdığı maliyyə imkanları infrastrukturun yenilənməsinə, sosial layihələrə, iqtisadi inkişaf proqramlarına və dövlətin müdafiə potensialının gücləndirilməsinə yönəldildi. Burada diqqətçəkən məqam resursun özündən çox onun necə idarə olunmasıdır. Təbii sərvət yalnız düzgün dövlət siyasəti şəraitində uzunmüddətli iqtisadi və siyasi üstünlüyə çevrilə bilir.

Bu proses Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinə də təsir göstərdi. Enerji layihələri bir neçə ölkənin iqtisadi maraqlarını eyni sistemdə birləşdirərək uzunmüddətli əməkdaşlığa zəmin yaratdı. Enerji alan dövlət üçün etibarlı təchizat, istehsalçı üçün sabit bazar, tranzit ölkə üçün isə iqtisadi gəlir və regional əhəmiyyət meydana çıxdı. Nəticədə, enerji infrastrukturu yalnız boru kəmərləri və terminallardan ibarət texniki şəbəkə kimi yox, dövlətlərarası münasibətləri möhkəmləndirən iqtisadi platforma kimi formalaşdı. Bu cəhət Azərbaycanın Avropa ilə münasibətlərində xüsusilə aydın görünür. Xəzər hövzəsindən Avropa bazarlarına təbii qazın çatdırılması Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verir. Qurultaydakı çıxışında Prezident İlham Əliyevin yeni müqavilələrə, enerji layihələrinin genişləndirilməsinə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunması da bu istiqamətin ölkə üçün əhəmiyyətini göstərir. Burada Azərbaycanın üstünlüyü yalnız enerji ehtiyatları ilə bağlı deyil, ölkənin coğrafi mövqeyi Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında əlaqələrin qurulmasına imkan verir. Bu mövqe enerji layihələri ilə yanaşı, nəqliyyat və logistika imkanları ilə tamamlanır. Beləliklə, enerji ilə nəqliyyat bir-birini gücləndirən iki istiqamətə çevrilir: enerji marşrutları ölkələr arasında iqtisadi bağlılıq yaradır, nəqliyyat dəhlizləri isə həmin əlaqələrin coğrafiyasını genişləndirir.

Dünya enerji bazarındakı dəyişikliklər isə Azərbaycanın qarşısına yeni suallar qoyur. Geosiyasi gərginliklər, enerji təchizatının təhlükəsizliyi, bazarların dəyişkənliyi, texnoloji yeniliklər və iqlim gündəliyi ənənəvi enerji modelinə yeni yanaşma tələb edir. Artıq enerji təhlükəsizliyi yalnız neft-qazın kifayət qədər olması ilə ölçülmür; mənbələrin müxtəlifliyi, təchizat marşrutlarının etibarlılığı, texnoloji dayanıqlıq və bərpaolunan enerji imkanları da bu anlayışın tərkibinə salınır. Azərbaycanın enerji strategiyasının yeni mərhələsi məhz bu dəyişikliklərin fonunda formalaşır. Neft və qaz ölkənin iqtisadi həyatında öz əhəmiyyətini saxlayarkən bərpaolunan enerji mənbələrinin inkişafı paralel istiqamət kimi önə çıxır. Xəzərin külək potensialı, günəş enerjisi imkanları, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində müasir enerji texnologiyalarının tətbiqi gələcək enerji sisteminin daha çoxşaxəli qurulmasına şərait yaradır. Burada yaşıl keçidi ənənəvi enerji sektoruna alternativ və ya onun tam əvəzi kimi təqdim etmək düzgün olmaz. Azərbaycan üçün daha real model mövcud imkanlardan istifadə etməklə yeni enerji mənbələrinin mərhələli şəkildə inkişaf etdirilməsidir. Neft və qazdan əldə olunan iqtisadi imkanlar yeni texnologiyaların, bərpaolunan enerji layihələrinin və insan kapitalının inkişafına yönəldikcə ölkənin enerji sistemi daha dayanıqlı struktura çevrilir. Bu dəyişiklik Azərbaycanın beynəlxalq enerji roluna da yeni məzmun verir. Əvvəlki mərhələdə ölkənin əsas üstünlüyü neft-qaz ehtiyatları idisə, qarşıdakı dövrdə həmin üstünlüyə bərpaolunan enerji potensialı, elektrik enerjisi istehsalı və yeni ixrac imkanları əlavə olunur. Beləliklə, Azərbaycanın enerji diplomatiyası da tədricən genişlənir.

Mərkəzi Asiya ilə əlaqələrin inkişafı bu prosesdə ayrıca əhəmiyyət daşıyır. Xəzər üzərindən qurulan nəqliyyat və enerji əlaqələri Mərkəzi Asiyanın resurslarının dünya bazarlarına çıxarılmasına əlavə imkanlar yaradır. Eyni zamanda Azərbaycan ilə region ölkələri arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi Xəzəri yalnız coğrafi sərhəd kimi deyil, müxtəlif iqtisadi məkanları birləşdirən əməkdaşlıq sahəsi kimi ön plana çıxarır. Prezident İlham Əliyevin VIII Qurultayda Mərkəzi Asiya ilə əlaqələrin inkişafına diqqət yetirməsi də Azərbaycanın xarici siyasətində bu istiqamətin artan çəkisini göstərir.

Enerji gəlirlərinin ölkənin iqtisadi inkişafına təsiri də bu mənzərənin mühüm hissəsidir. Neft və qazdan əldə olunan gəlirlər dövlətin maliyyə imkanlarının genişlənməsinə, infrastrukturun yenilənməsinə və müxtəlif inkişaf proqramlarının həyata keçirilməsinə şərait yaradıb. Lakin resursla zəngin ölkədən ötrü daha mürəkkəb məsələ həmin gəlirlərin gələcək nəsillər üçün davamlı iqtisadi dəyərə çevrilməsidir. Bu səbəbdən enerji gəlirlərinin qeyri-neft sektoruna, texnologiyalara, təhsilə, insan kapitalına və yeni istehsal sahələrinə yönəldilməsi xüsusi məna daşıyır. Əgər təbii sərvətdən əldə olunan gəlir yalnız cari istehlaka xidmət edirsə, onun təsiri məhdud zaman çərçivəsində qalır. Həmin vəsait iqtisadiyyatın yeni sahələrinin yaranmasına, məhsuldarlığın yüksəlməsinə və insan kapitalının inkişafına yönəldiləndə isə təbii resurs tədricən daha davamlı milli sərvətə çevrilir.

Azərbaycanın enerji siyasətində daxili enerji təminatı da mühüm yer tutur. Əhalinin, sənayenin və iqtisadiyyatın elektrik enerjisinə tələbatı artdıqca istehsal güclərinin və şəbəkələrin etibarlılığı daha böyük əhəmiyyət qazanır. Bərpaolunan enerji layihələrinin inkişafı bu baxımdan yalnız ixrac potensialı yaratmır, daxili enerji balansının şaxələndirilməsinə də xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bu yeni modelin tətbiqi üçün xüsusi imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması dağıdılmış yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır, burada yeni infrastrukturun müasir texnologiyalar əsasında yaradılması, enerji səmərəliliyinin artırılması və bərpaolunan mənbələrdən istifadənin genişləndirilməsi üçün imkanlar var. Beləliklə, Böyük Qayıdış prosesi həm sosial-humanitar, həm də iqtisadi və texnoloji transformasiya xarakteri daşıyır.

Enerji ilə nəqliyyatın qarşılıqlı əlaqəsi də Azərbaycanın regional rolunu artıran amillərdəndir. Ölkənin enerji infrastrukturu və tranzit imkanları bir-birini tamamlayır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələri enerji layihələrinin yaratdığı regional bağlılığı daha da genişləndirir. Bu proses Azərbaycanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirən amillərdən biridir. Enerji layihələrinin davamlılığı üçün siyasi sabitlik və etibarlı tərəfdaşlıq da vacibdir. İri infrastruktur layihələri uzun illər ərzində fəaliyyət göstərir və onların səmərəliliyi yalnız ilkin investisiyadan yox, sonrakı dövrdə formalaşan əməkdaşlıq mühitindən də asılı olur. Son onilliklərdə Azərbaycanın enerji sahəsində qazandığı tərəfdaşlıq təcrübəsi bu baxımdan mühüm kapital formalaşdırıb. Lakin qlobal enerji bazarında gedən dəyişikliklər göstərir ki, əldə olunan mövqeləri qorumaq üçün yalnız mövcud layihələrə arxalanmaq yetmir. Yeni texnologiyaların mənimsənməsi, enerji səmərəliliyinin artırılması, bərpaolunan mənbələrin inkişaf etdirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması qarşıdakı mərhələnin vacib istiqamətlərindəndir.

Enerji sektorunun gələcəyi getdikcə daha çox texnologiya və biliklə müəyyənləşəcək. Bu mənada Azərbaycanın enerji siyasətinin iqtisadi, xarici və texnoloji istiqamətləri bir-birindən ayrı deyil. Enerji gəlirləri iqtisadi imkan yaradır, iqtisadi imkanlar yeni infrastruktura və texnologiyalara sərmayə qoymağa şərait yaradır, həmin infrastruktur isə ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Belə bir zəncir formalaşanda təbii sərvət yalnız ixrac məhsulu olmaqdan çıxaraq dövlətin uzunmüddətli inkişaf mexanizminin bir hissəsinə çevrilir. Prezident İlham Əliyevin qurultayda enerji məsələlərinə xüsusi diqqət yetirməsi də bu prosesin yeni mərhələyə daxil olduğunu göstərir. Azərbaycanın qarşısında yalnız mövcud neft-qaz imkanlarını qorumaq və yeni müqavilələr həyata keçirmək vəzifəsi dayanmır. Ölkənin enerji xəritəsi artıq ənənəvi karbohidrogen ehtiyatları ilə yanaşı, yaşıl enerji, elektrik enerjisi, yeni ixrac marşrutları və regional əməkdaşlıq imkanlarını da əhatə edir. Bu mənzərə Azərbaycanın enerji tarixində mühüm bir dəyişiklikdən xəbər verir. Müstəqilliyin ilk illərində qarşıda duran məsələ zəngin resursları iqtisadi dövriyyəyə buraxmaq idisə, sonrakı mərhələdə həmin resurslar dövlətin maliyyə və infrastruktur imkanlarının genişlənməsinə xidmət etdi. Bu gün isə qarşıya daha mürəkkəb vəzifə çıxıb: mövcud enerji potensialını qorumaqla yanaşı, ölkənin gələcək enerji sistemini texnologiya, bərpaolunan mənbələr və yeni tərəfdaşlıqlar üzərində qurmaq.

Azərbaycanın enerji siyasətinin mahiyyəti də məhz bu ardıcıllıqda görünür. Təbii sərvət imkan yaratdı, dövlət strategiyası həmin imkanı iqtisadi gücə çevirdi, yaradılmış infrastruktur ölkəni regional enerji xəritəsində möhkəmləndirdi, beynəlxalq tərəfdaşlıqlar isə bu mövqeyin siyasi və iqtisadi əhəmiyyətini artırdı. İndi növbəti mərhələ həmin təməlin üzərində daha şaxələndirilmiş, texnoloji və dayanıqlı enerji modelinin qurulmasıdır. Azərbaycanın müasir tarixində Xəzərin sərvətlərinin oynadığı rol yalnız hasil olunan neft və qazın iqtisadi dəyəri ilə ölçülmür. Bu sərvətlər ölkəyə beynəlxalq əməkdaşlıq imkanları qazandırdı, enerji və nəqliyyat marşrutlarının formalaşmasına şərait yaratdı, iqtisadi müstəqilliyin möhkəmlənməsinə töhfə verdi və Azərbaycanın regional proseslərdə çəkisini artırdı. Qarşıdakı dövrdə isə həmin imkanların yeni texnologiyalar və yaşıl enerji ilə tamamlanması ölkənin enerji strategiyasına daha geniş məzmun verəcək.

Beləliklə, Azərbaycanın enerji yolu yataqlardan başlayıb dünya bazarlarına çıxan boru kəmərlərində dayanmadı. Bu yol iqtisadi inkişafdan beynəlxalq tərəfdaşlığa, regional əməkdaşlıqdan yeni texnologiyalara qədər uzandı. Azərbaycanın qarşısında dayanan növbəti mərhələnin uğuru isə təbii sərvətlərin nə qədər olmasından daha çox, onların yaratdığı imkanların nə dərəcədə uzaqgörənliklə idarə edilməsindən asılı olacaq.

Kəramət Qənbərov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2026 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri