Enerjinizi tükəndirən bu insanlardan uzaq durun
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəzi insanların davranışları zamanla insanın enerjisini tükəndirə, özünə inamını azalda və daxili rahatlığını poza bilər. Çox vaxt bunun fərqinə dərhal varılmır, əvvəl xırda narahatlıqlar kimi görünür, lakin uzun müddətdə ünsiyyət stres mənbəyinə çevrilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqların fikrincə, bu cür insanları erkən mərhələdə tanımaq emosional sağlamlığı qorumağa kömək edir.
1. Hiss və nailiyyətlərinizi dəyərsizləşdirirlərBelə insanlar başqasının uğuruna səmimi sevinməkdə çətinlik çəkir. Siz sevincinizi bölüşəndə tez-tez bu kimi reaksiyalarla qarşılaşa bilərsiniz: Bu elə də böyük şey deyil, hər kəs bacarardı, sadəcə bəxtin gətirib.
Zaman keçdikcə bu sözlər insanın özünə inamını sarsıda və nailiyyətlərinə şübhə ilə yanaşmasına səbəb ola bilər.
2. Həmişə qurban rolunda olurlarOnlar baş verən xoşagəlməz hadisələrə görə məsuliyyəti üzərlərinə götürmək əvəzinə daim başqalarını günahlandırırlar, dostları, ailəni, iş yerini, şəraiti. Bu davranış həm də qarşı tərəfdən davamlı rəhm və diqqət gözləməklə emosional asılılıq yarada bilər.
3. Ünsiyyətdən sonra özünüzü yorğun hiss edirsinizƏn aydın siqnallardan biri sizin daxili vəziyyətinizdir. Belə insanlarla söhbətdən sonra yorğunluq, əsəbilik, narahatlıq, ruh düşkünlüyü hiss oluna bilər.
Sağlam ünsiyyət isə adətən yüngüllük və dəstək hissi yaradır.
4. Günahkarlıq hissi ilə manipulyasiya edirlərBəzi insanlar qarşı tərəfi günahkar hiss etdirməklə təsir göstərməyə çalışır. Məsələn əgər həqiqi dost olsaydın, məni məyus etdin, sənin üzündən pis oldum.
Bu cür ifadələr şəxsi sərhədləri zəiflədən emosional təzyiq formasıdır.
5. Şəxsi sərhədlərə hörmət etmirlərOnlar üçün başqasının yox deməsi bəzən qəbul edilmir. Şəxsi işlərə qarışmaq, fikrini zorla qəbul etdirmək və ya sizdən hazır olmadığınız qədər şey tələb etmək bu davranışlara daxildir. Halbuki sağlam münasibətlər qarşılıqlı hörmət və sərhədlərin tanınması üzərində qurulur.
Nə etmək olar?Mütəxəssislər tövsiyə edir ki, öz hisslərinizə diqqət yetirin, sərhədlərinizi aydın ifadə edin, sizi daim gərgin edən ünsiyyəti məhdudlaşdırmaqdan çəkinməyin, dəstək verən və motivasiya edən insanlarla daha çox vaxt keçirin.
Unutmaq olmaz ki, psixoloji rahatlıq və özünə hörmət gündəlik münasibətlərdən birbaşa təsirlənir. Sağlam sosial mühit insanın həm emosional, həm də ümumi həyat keyfiyyətini yüksəldir.
Baxış sayı:36
Bu xəbər 03 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















