Icma.az
close
up
RU
Ənvər Əliyev İstanbul zəlzələsi ilə bağlı ciddi xəbərdarlıq edib ŞOK AÇIQLAMA

Ənvər Əliyev İstanbul zəlzələsi ilə bağlı ciddi xəbərdarlıq edib ŞOK AÇIQLAMA

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu zəlzələ təkcə Türkiyəni deyil, bütövlükdə regionu əhatə edən daha böyük bir təhlükənin xəbərçisi ola bilər

Qurban Yetirmişli Azərbaycan seysmik cəhətdən aktiv bir bölgədə yerləşdiyindən zəlzələyə hazırlıq tədbirlərinə diqqət yetirməyi tövsiyə edib

23 apreldə İstanbul və ətraf bölgələrdə baş verən 6,2 bal gücündə zəlzələ qardaş ölkədə böyük narahatlıq yaradıb. Zəlzələnin episentri Marmara dənizində, İstanbulun təxminən 40 km cənub-qərbində yerləşib və təxminən 13 saniyə davam edib.

İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 3.9 bal gücündə olub. Daha sonra 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan insanlar arasında yaranan təşvişlə əlaqədar şəhərin mobil rabitə sistemində ciddi pozuntular yaşanır.

Zəlzələ nəticəsində İstanbul və ətraf bölgələrdə 230-dan çox insan xəsarət alıb. Əksər yaralanmalar insanların panikaya düşərək binalardan tullanması və ya qaçarkən yıxılması nəticəsində baş verib. Zəlzələdən sonra 5.9 bal gücündə olmaqla bir neçə afterşok qeydə alınıb.​

İstanbulda ciddi dağıntılar və ya ölüm halları qeydə alınmasa da, bəzi binalarda çatlar və yüngül struktur zədələri müşahidə olunub. İnsanlar gecəni küçələrdə və açıq sahələrdə keçiriblər, çünki afterşoklar və potensial risklər səbəbindən evlərinə qayıtmaqdan ehtiyat ediblər.

Bu hadisə İstanbulun zəlzələ riskinə qarşı nə qədər həssas olduğunu bir daha göstərdi. Şəhər rəhbərliyi və sakinlər, gələcəkdə baş verə biləcək daha güclü zəlzələlərə qarşı hazırlıqlı olmaq üçün təcili tədbirlər görməlidirlər.

Yerli və beynəlxalq ekspertlərin də fikirlərinə əsasən, bu zəlzələ İstanbul üçün ciddi bir xəbərdarlıqdır. Mütəxəssislər şəhərin seysmik risklərə qarşı hazırlıqsız olduğunu və daha böyük bir zəlzələnin başvermə ehtimalının yüksək olduğunu vurğulayırlar. Bu səbəbdən, şəhər rəhbərliyi və sakinlərin zəlzələyə qarşı hazırlıqlı olmaları və təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

Türkiyəli seysmoloq, professor Naci Görür bildirib ki, bu zəlzələ Marmara dənizindəki fay xətlərində gərginliyi artırıb və bu, daha böyük bir zəlzələnin başvermə ehtimalını yüksəldir. O, xüsusilə Kumburgaz seqmentindəki gərginliyin artdığını və bu seqmentin yaxın gələcəkdə qırılma riski daşıdığını vurğulayıb. Görür İstanbulda 2030-cu ilə qədər 7.0 və ya daha güclü bir zəlzələnin baş vermə ehtimalının 50 faiz olduğunu qeyd edib.

Geofizik, professor Övgün Ahmet Ercan isə bu zəlzələnin uzun müddətdir gözlənilən “böyük İstanbul zəlzələsi” olmadığını bildirib. Onun sözlərinə görə, gözlənilən əsas zəlzələ Silivri yaxınlığındakı Trakya qolu boyunca baş verəcək və 7.0–7.2 bal gücündə olacaq ki, bu da son zəlzələdən təxminən 22 dəfə daha güclüdür.

Qardaş ölkədə yaşanan bu hadisə Azərbaycanda da ciddi narahatlıq doğurub. Həm sosial şəbəkələrdə, həm də real həyatda ölkənin seysmik vəziyyəti və hazırlığı barədə müzakirələrin artdığı müşahidə olunur.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qeyd edib ki, zəlzələdən sonra dalğa yayılması müşahidə olunsa da, Azərbaycanın müxtəlif bölgələrində fəlakət mərkəzlərində hər hansı bir gərginlik yığımı qeydə alınmayıb. Bu səbəbdən, əhali narahat olmamalıdır: "Türkiyədə avterşoklar enerji boşalması olana qədər davam edəcək. Həmin zəlzələ zəif zəlzələ deyil, güclü zəlzələdir. Uzun müddət gərginlik yaşayan bölgədə parçalanmalar baş verir, bu da enerji boşalmasının davam etməsinə səbəb olur.

Bu zəlzələnin bizim ölkəyə heç bir təsiri yoxdur. Həmin zəlzələ bizim zəlzələ ocaqlarını oyada bilməz. Türkiyədəki bu zəlzələlərin bir müddət daha davam edəcəyini və avterşokların bölgədə baş verəcəyi gözləniləndir".

Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik cəhətdən aktiv bir bölgədə yerləşdiyindən, mütəmadi olaraq yerli seysmoloji qurumların məlumatlarını izləmək və zəlzələyə hazırlıq tədbirlərinə diqqət yetirmək tövsiyə olunur.


Seysmoloq Ənvər Əliyev isə İstanbul zəlzələsi ilə bağlı ciddi xəbərdarlıq edib.Onun sözlərinə görə, bu kimi təkanlar Türkiyənin yerləşdiyi seysmik aktiv zolaqda təbii proseslər nəticəsində yaranır. O, “Sherg.az”a açıqlamasında deyb ki, bu zəlzələ təkcə Türkiyəni deyil, bütövlükdə regionu əhatə edən daha böyük bir təhlükənin xəbərçisi ola bilər.

Ə.Əliyev vurğulayıb ki, Aralıq və Egey dənizi sahillərində baş verən ardıcıl zəlzələlər İstanbul zəlzələsi ilə eyni seysmik aktivliyin davamı olaraq qiymətləndirilməlidir:


 “Bu ərazilər tarixən aktiv seysmik zonalar olub və orada yerləşən qədim sivilizasiyaların bir hissəsi artıq su altında qalıb. Bu zəlzələ də əslində, təbiətin ciddi xəbərdarlığıdır. Hazırda bu bölgədə baş verənlər Yunanıstandakı zəlzələlərlə sıx bağlıdır və onların bir silsilənin parçası olduğunu göstərir”.


Seysmoloq əlavə edib ki, bu bölgəni Afrika və Ərəbistan litosfer tavalarının şimala doğru hərəkəti sıxır ki, bu da zəlzələlərin baş verməsini elmi baxımdan tam izah edir. Lakin təkanların dəqiq vaxtını və gücünü əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.Azərbaycanın seysmik vəziyyətinə toxunan Ə.Əliyev deyib ki,  ölkəmiz də ciddi zəlzələ riski altında olan bölgələrdəndir.

 “Dünyanın ən aktiv üç seysmik zolağından biri məhz Azərbaycandan keçir. Ona görə də bizdə zəlzələlərin baş verməsi tamamilə mümkündür. Amma bunların nə vaxt və harada olacağını demək mümkün deyil”.


Ə.Əliyev bu risklərə qarşı əsas cavab tədbiri kimi tikinti sahəsində yüksək keyfiyyət və normativlərə əməl olunmasının vacibliyini vurğulayıb:

 “Tikəcəyimiz hər bir bina seysmik davamlılıq baxımından mütləq tələblərə cavab verməlidir. İnsan həyatının təhlükəsizliyi buna bağlıdır. Türkiyədə tikinti sahəsində mühüm nailiyyətlər əldə olunsa da, son zəlzələlər göstərdi ki, bəzi hallarda istifadə olunan materiallar və tikinti keyfiyyəti hələ də istənilən səviyyədə deyil”.

Seysmoloq həmçinin qeyd edib ki, bu məsələ təkcə texniki deyil, ictimai məsuliyyət aspektindən də diqqət mərkəzində olmalıdır. Zəlzələ risklərinə qarşı effektiv hazırlıq yalnız mütəxəssislərin, fövqəladə hallar qurumlarının və tikinti strukturlarının birgə əməkdaşlığı ilə mümkün ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri