Icma.az
close
up
RU
Epşteynin sənədlərində qorxunc detal KONKRET

Epşteynin sənədlərində qorxunc detal KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ-da ictimaiyyətə açıqlanan senzurasız Ceffri Epşteynin sənədləri bütün dünyada böyük ajiotaj yaradıb.

KONKRET.az xəbər verir ki, sənədlər Epşteynin doqquz yaşında bir uşağa təcavüz etdiyini və hələ də vəzifədə olan yüksək vəzifəli xarici dövlət məmuru ilə əlaqəli olduğunu ortaya qoyur.

ABŞ Konqresinin üzvləri tərəfindən araşdırılan sənədlər illərdir müzakirə olunan Epşteyn qalmaqalının yalnız aysberqin görünən hissəsi olduğunu ortaya qoyub. Bəzi qanunvericilər ABŞ Ədliyyə Nazirliyini (DOJ) həqiqəti gizlətməkdə günahlandırıblar.

Şəxsiyyətləri gizlədilən nüfuzlu şəxslər

Konqres üzvləri Tomas Massi və Ro Hanna sənədlərdə ən azı altı nüfuzlu şəxsin şəxsiyyətinin qəsdən gizlədildiyini açıqlayıblar. İddia olunur ki, onların arasında yüksək vəzifəli xarici siyasətçi də var.

Massi sənədlərdə adı çəkilən şəxslərdən birinin “xarici ölkədə çox yüksək vəzifəli dövlət vəzifəsi” tutduğunu bildirib. Buna baxmayaraq, şəxsin adı, fotoşəkli və bütün məlumatları sənədlərdə silinib.

Millət vəkilləri vurğulayırlar ki, bu adların niyə qorunduğuna dair heç bir məntiqi izahat yoxdur.

Ən şokedici detal: 9 yaşlı uşaq

Təmsilçi Ceymi Raskin sənədlərdə əvvəllər naməlum olan yeni qurbanların olduğunu açıqladı. Onlardan biri cəmi 9 yaşında idi.

Raskin bildirib ki, fayllarda 15, 14, 10 yaşlı uşaqlar var. Bu gün doqquz yaşlı bir uşağın adı çəkildiyini gördüm. Bu, həqiqətən dəhşətli və qəbuledilməzdir.

Ədliyyə Nazirliyinə qarşı “ört-basdır etmək” ittihamı

Massie tərəfindən paylaşılan sənədlərdən birində 18 fərqli ad tamamilə silinib. Bu adların bəziləri “1970-ci ildən əvvəl doğulmuş kişilər” kimi təsvir edilib.

Başqa bir sənəddə şəxsiyyəti gizlədilən şəxsin tanınmış, təqaüdçü bir baş direktor olduğu bildirilir. Massie reaksiya verərək deyib: “Ədliyyə Nazirliyi bu adı açıqlamalıdır.”

Raskin bildirdi ki, Epsteynə kömək edən və ona dəstək verən bir çox insanın adları heç bir əsas olmadan silinib.

Şok mesaj: “İşgəncə videosunu bəyəndim”

Senzuradan çıxarılan sənədlərdən birində əvvəllər kimliyi bilinməyən bir şəxsin Epşteynə göndərdiyi mesaj aşkarlanıb:

“Haradasınız? Yaxşısınız? İşgəncə videosunu həqiqətən bəyəndim”.(mənbə: musavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:456
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri