Əqrəb mövsümünün yeni 12 seriyası gəlir O aktyor olmayacaq...
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İTV-də yayımlanacaq "Əqrəb mövsümü"nün ikinci mövsümü - "İki dünya bir olsa da" serialı fevralın 8-dən etibarən yayımlanmağa başlayacaq.
Serialın ssenari müəllifi və aktyoru Azər Aydəmir Teleqraf.com-a açıqlamasında "Əqrəb mövsümü"nün ikinci mövsümü haqqında məlumat verib:
"İkinci mövsüm yeni personaj və hekayədən ibarətdir. Əsas qəhrəman Baş Prokurorluğun əməkdaşıdır, serial real hadisələr əsasında çəkilir. Yəni birinci mövsüm kitab əsasında, ikinci mövsüm isə real hadisələr əsasında ssenariləşib.
İkinci mövsümdə, təəssüf ki, Hikmət Rəhimov çəkilmir. Çünki hekayə başqa istiqamətdədir. Bu mövsümdə də "Əqrəb mövsümü" on iki seriyadan ibarət olacaq. Mən yenə də müstəntiq Rauf obrazında çəkilirəm".
Qeyd edək ki, serialın rejissoru Emil Quliyevdir.
Rollarda Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullayev, Xacər Ağayeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















