Əraqçi: ABŞ hərbçilərinin çıxarılması İraqın müstəqilliyinin göstəricisidir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
"ABŞ hərbçilərinin İraqdakı "Eyn əl-Əsəd" bazasından çıxarılması rəsmi Bağdadın suverenliyinin möhkəmlənməsi istiqamətində mühüm addımdır".
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Amerika hərbi qüvvələrinin bazanı tərk etməsi və BMT-nin İraqa Yardım Missiyasının (UNAMI) mandatının başa çatması İraqda müstəqilliyin, sabitliyin və milli suverenliyin bərqərar olmasının açıq göstəriciləridir.
A.Əraqçi həmçinin vurğulayıb ki, rəsmi Tehran hər zaman qüdrətli və müstəqil İraqın tərəfdarı olub:
"Biz inanırıq ki, İraq regional sülh və sabitliyin təmin edilməsində əsas rol oynamaq üçün lazımi potensiala malikdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















