Icma.az
close
up
RU
Ərazi iddialarının ləğvi sülhün əsas şərtidir MÖVQE BİLDİRİLDİ

Ərazi iddialarının ləğvi sülhün əsas şərtidir MÖVQE BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbə və daha sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ərazi bütövlüyünü tam təmin edib".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, bu reallıqlar artıq yalnız regionda deyil, dünya səviyyəsində, xüsusilə aparıcı superdövlətlər tərəfindən qəbul olunmağa başlayıb: "Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən görüşündə əldə edilən razılaşmalar, imzalanan sənədlər və verilən bəyanatlar da bu mövcud vəziyyətin bariz nümunəsidir. Amerika Birləşmiş Ştatlarının paytaxtında, ölkənin ən yüksək siyasi səviyyəsində əldə edilmiş bu razılaşmalar yeni regional reallıqların təcəssümüdür.

Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı iqtisadi rifahın yaradılması və iqtisadi inkişafın sürətləndirilməsi üçün bütün imkanlarını səfərbər edib. Bu gün biz həmin tarixi qələbənin və uğurun nəticələrinə birgə şahidlik edirik. Bu prosesdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, Ermənistanın Konstitusiyasında ərazi iddialarına son qoyulması ilə bağlı öhdəlik götürməsi, Zəngəzur dəhlizinin açılması məsələsində konstruktiv mövqenin ortaya qoyulması kimi mühüm addımlar öz əksini tapır.

Eyni zamanda, bölgədə nüfuz əldə etmək istəyən bəzi qüvvələrin, o cümlədən Rusiya və İranın təxribatçı fəaliyyətləri neytrallaşdırılıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törətmək cəhdləri Azərbaycan siyasi iradəsi və ABŞ-ın dəstəyi ilə qarşısı alınaraq, həmin qüvvələr artıq prosesdən kənarda qalırlar. Bu isə Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoyur.

Bu yeni mərhələ Azərbaycan siyasi iradəsi ilə irəliləyir və yaxın gələcəkdə, təxminən 2026-cı ildə Ermənistan Konstitusiyasında ərazi iddialarının rəsmi şəkildə ləğv edilməsindən sonra Azərbaycan və Ermənistan arasında dayanıqlı, ədalətli və uzunmüddətli sülh müqaviləsinin imzalanacağına əminlik yaranır. Bu müqavilə Azərbaycanın bölgədə sülhə və təhlükəsizliyə verdiyi ən mühüm töhfə kimi qiymətləndirilməlidir və regionda sabitliyin bərqərar olmasına xidmət edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri